"Real Madrid" "Bavariya"nın cinah oyunçusu Maykl Oliseyə alternativ kimi nəzərdən keçirilən "RB Leypsiq"in vingeri Yann Diomande ilə maraqlanır.
İdman.Biz bunu Bild-ə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, "Los Blancos" 19 yaşlı futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır. Lakin "Leypsiq" Diomandeni 120 milyon avro dəyərində qiymətləndirir. "Real Madrid" Kot-d"İvarlı oyunçu üçün "Liverpul", "Arsenal", "Mançester Siti" və PSJ ilə rəqabət aparır. Parislilər artıq hücumçu ilə razılığa gəliblər.
Ötən mövsüm Diomande bütün turnirlərdə 36 oyunda meydana çıxıb, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.