Mövsümlərarası hazırlıq prosesini davam etdirən "Real Madrid" növbəti sınaq matçına çıxıb. Sport24.az xəbər verir ki, İspaniya nəhəngi "Fiorentina" ilə üz-üzə gəlib.
Məhsuldar keçən qarşılaşmada qalib müəyyənləşməyib (2:2).
"Kral klubu" ilk hissənin ortalarına doğru artıq iki top fərqi ilə irəlidə olub. Madrid təmsilçisinin qollarını Endrik və Aleksis Siria vurublar. İtaliya klubundan isə Roberto Pikkoli ilə Moyze Kin fərqlənərək hesaba tarazlıq gətiriblər.
"Real Madrid" La Liqanın 2026/27 mövsümünün ilk turunda, avqustun 22-də səfərdə "Espanyol"un qonağı olacaq. "Fiorentina" isə A Seriyasının startında, avqustun 24-də səfərdə "Roma" ilə qarşılaşacaq.