İspaniyanın "Real Madrid" futbol komandası yarımmüdafiəçisi Brahim Diasla əməkdaşlığı davam etdirmək niyyətindədir.
İdman.Biz "Diario AS"a istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun klubda qalmasına təminat verilib. "Real Madrid" rəhbərliyi ona tam etimad göstərir və mümkün transfer təkliflərini nəzərdən keçirməyi planlaşdırmır.
Brahim Diasın müqaviləsinin 2030-cu ilin yayınadək uzadılması ilə bağlı razılıq əldə olunub. Yeni anlaşmanın yalnız rəsmi şəkildə elan edilməsi gözlənilir.
Mərakeş millisinin üzvü ilə İtaliyanın "Yuventus" komandası başda olmaqla bir neçə klub maraqlansa da, futbolçunun əsas məqsədi Madrid təmsilçisində qalmaqdır.