top
Ramin Musayev: “Səhlənkarlıq “Sabah” üçün dərs olmalıdır” İdman.biz
02 avqust 2024, 15:22
- ↺ +

Ramin Musayev: “Səhlənkarlıq “Sabah” üçün dərs olmalıdır”

"Sabah" meydana arxayın çıxmışdı".

Bunu İdman.bizə PFL-in sabiq prezidenti Ramin Musayev deyib.

O, "Sabah"ın Konfrans Liqasının II təsnifat mərhələsində "Makkabi" ilə cavab matçını dəyərləndirib. Musayev sözlərinə görə, komandanın özünə çox güvənməsi pis nəticələnə bilərdi: "Təbii ki, sonda "Sabah" qələbə qazanaraq, növbəti mərhələyə yüksəldi. Amma hər şey daha fərqli ola bilərdi. Xoşbəxtlikdən penaltilər seriyasında şansımız gətirdi. Komandanın qələbəsinin 90 faizi Yusif İmanovun sayəsində oldu. Qapıçının əzimkar mübarizəsi təmsilçimizə çox şey qazandırdı. Səhlənkarlıq "Sabah" üçün dərs olmalıdır. Futbolçular bilməlidilər ki, matçın son dəqiqəsinə kimi vuruşmaq lazımdır. "Sabah"ın futbolçuları 1 top fərqini aradan qaldıra bilsələr də, artıq hesab 2-yə yüksələndə ayıldılar ki, uçuruma gedirlər. Təbii ki, komandada müəyyən çatışmazlıqlar var. Mən yerli məşqçinin tərəfdarıyam. Çoxlu xərc çəkib xaricdən gətirilən məşqçilərin Azərbaycan futbolu üçün hansısa fayda verdiyini görməmişəm. Bu, şəxsi fikrimdir. Xarici məşqçinin ölkəmizdə yerli mütəxəssislərimizidən artıq iş gördüyünün şahidi olmamışam. Ona görə də komandadakı problemlər bilavasitə bununla əlaqədardır. Məşqçi futbolçuya valideyn olmalıdır. Futbolçu qorxa-qorxa oynayırsa, heç nə alınmayacaq. Çoxları Kaxaber Tsxadadzeni və ya Roman Qriqorçuku təriflədiyimi düşünəcək. Ancaq bu belə deyil. Onları çıxmaq şərti ilə nə milli komandamızda, nə də yerli klublarda töhfə verən məşqçi olmayıb".

O, həmçinin "Sabah"ın Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi "Sent Patriks"lə (İrlandiya) dueli də dəyərləndirib: "Fikrimcə, o qədər də güclü klub deyil. Əgər "Sabah" səhvindən dərs çıxarıb daha da yaxşı oynasa bu rəqibə üzərində qələbə qazana bilər. Yəni keçilməyəcək klub deyil. Yalnız yaxşı mübarizə aparmaq lazımdır".

Qeyd edək ki, səfərdə 3:0 hesabı ilə qalib gələn "Sabah" doğma azarkeşləri qarşısında 3:6 hesabı ilə uduzub. Yekunda təmsilçimiz penalti zərbələri seriyasında daha dəqiq olaraq, mərhələ adlayıb.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:40

Paulo Fonseka: Sportinq Realın hücumçusunun transferini tələb edir

Futbol
Bu gün, 11:25

Zidan ikinci divizion oyunçusunu milli komandaya çağırdı: 19 il sonra

Digər
Bu gün, 11:11

18 dekabrda Gənclər və İdman Nazirliyi 'Üzgüçülük hamı üçün' yarışına start verəcək

Qarabağ FK
Bu gün, 11:00

“Qarabağ” və “Sabah”ın rəmzi komandaya seçilmədiyi məlum oldu

Voleybol
Bu gün, 10:55

Neftçi və AZERRAIL Super Liqanın dördüncü turunda 17:00-da qarşılaşacaqlar

Futbol
Bu gün, 10:40

Uotdord klubu Edvard İordanesku ilə baş məşqçi təyin olunması üçün danışıqlara başlayıb

Digər
Bu gün, 10:23

Azərbaycan İdman Akademiyası dünyada ilk 5 ulduzlu idman profilli ali təhsil müəssisəsi oldu

Futbol
Bu gün, 10:20

Genk klubunun baş məşqçisi Jess Torupu istifaya göndərildi

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”da yeni ayrılıq? Braziliyalı yarımmüdafiəçi Pedro Bikalyoya həm Braziliyanın, həm də Macarıstanın klubları maraq göstərir!

Futbol
Bu gün, 09:54

FIFPro 2026 Dünya Ulduzlar Komandası Açıqlanıb: Messi 18-ci dəfə seçildi

Futbol
Bu gün, 09:40

Aston Villa 19 yaşlı yarımmüdafiəçisini beş illik müqavilə ilə bağladı

Basketbol
Bu gün, 09:31

Neftçi Yunanistanın 'Mikonos' klubu ilə FIBA Avropa Kubokunda görüşəcək

Futbol
Bu gün, 09:20

Fransa klubu Yannik Kaüzakı işdən çıxarır

Basketbol
Bu gün, 09:15

Azərbaycanda qadın basketbol milli komandası Avropa çempionatı seçməsində İsveçrə ilə üz-üzə gəlir

Futbol
Bu gün, 09:08

Athletic'in 17 yaşlı futbolçusu Kristian İmqa'ya 15 Çempionlar Liqası klubu maraq göstərir

Futbol
Bu gün, 09:06

AFFA-nın Kifayət Mustafayeva UEFA-nın qadınlar Çempionlar Liqasının IV turu nümayəndəsi təyin edildi

Voleybol
Bu gün, 09:00

Xilasedici komandası CEV Çempionlar Liqasında cavab oyununa çıxır

Futbol
Bu gün, 09:00

Markus Türam Interin yeni təklif etdiyi müqavilə uzatmasını rədd etdi

Futbol
Bu gün, 08:40

Qalatasaray, Ştutqartın 40 milyon avroluq oyunçusu Bilal El Xannusuna maraq göstərir

Futbol
Bu gün, 08:20

Frankfurt Alman klubu Arno Kalimuendo üçün Nottingem Forest-dan transferi nəzərdən keçirir

Futbol
Bu gün, 08:12

“Arsenal” qış transfer pəncərəsində dörd oyunçunu nəzərdən keçirir

Futbol
Bu gün, 08:00

Cek Rudoni qışda Coventri-dən ayrılmaq üzrədir

Basketbol
Bu gün, 07:46

"Trabzonspor" basketbol komandası "Sabah" məğlubiyyəti üzündən baş məşqçi Selçuk Ernakı işdən çıxardı;

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Oxşar xəbərlər