top
Qurban Qurbanov Şamaxı oyunu, transferlər və motivasiya barədə danışıb Idman.biz
10 fevral 2026, 17:28
- ↺ +

Qurban Qurbanov "Şamaxı" oyunu, transferlər və motivasiya barədə danışıb

"Bu görüşdə üç xal bizim üçün son dərəcə dəyərli idi. Qarşılaşmada xarakter və mübarizə həlledici rol oynadı. İlk hissədə "Şamaxı" daha istəkli təsir bağışlayırdı. Fasilədən sonra isə oyunun gedişinə nəzarəti ələ aldıq və daha yaxşı çıxış etdik. Qələbə qazanmaq bizim üçün xüsusi əhəmiyyət daşıyırdı. Eyni zamanda "Şamaxı" kimi rəqabətədavamlı komanda formalaşdırdığı üçün Ayxan Abbasovu da təbrik edirəm".

Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində səfərdə "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Bu heyət son matçı buraxmışdı. "İmişli" ilə oyunda da dəyişikliklər mümkündür. Bəzi futbolçudan narazılığım var. Bəzi nüanslar var ki, özlərini sübut etməlidirlər. Hələ bir neçə gün var. Fərqli yanaşa da bilərik. Ola bilsin oyun zamanı fərqli seçimlər edək. İnanıram ki, sonda doğrusunu deyəcəyik" - Qurbanov əlavə edib.

Qurban Qurbanov Nəriman Axundzadənin ABŞ klubuna transferindən də söz açıb: "Ciddi danışıqlar gedir. Sona yaxınlaşır, amma konkret deyil. Belə bir kluba getməsi əlbəttə ürəkaçan deyil. Amma son zamanlar baş verənlərə görə getməsi lazım idi. Nəriman bizim son illərdəki ən məhsuldar oyunçularımızdan biri idi. Son başverənlərdən sonra özünü ələ ala bilmədi. Getməsi lazımdır ki, özünü yenidən tapa, toparlana bilsin. Edəcək bir şey yoxdur. Təki alınsın, onun üçün yaxşı olsun. Böyümək üçün son iki ildə çox çalışırdı. Bu gün oyundan sonra da futbolçulardan biri mənə yaxınlaşıb dedi ki, mənə yaxşı təklif gəlib. Bilmirik, saxlaya biləcəyik, ya yox. Xoşagəlməz deməzdim, amma elə bir yerdən təklif gəlir ki, oraya ancaq pul üçün getmək olar. Çalışırıq onları motivasiya edək".

Təcrübəli mütəxəssis Bəhlul Mustafazadənin Çin klubuna transferinin baş tutmamasına da münasibət bildirib: "Orada bir neçə detallar oldu. Onunla danışmışdıq. Belə deyim, mən Bəhlul tərəfdə idim. Çox dərinə getməyək".

Belə bir kluba getməsi əlbəttə ürəkaçan deyil. Amma son zamanlar baş verənlərə görə getməsi lazım idi. Nəriman amma bizim son illərdəki ən məhsuldar oyunçularımızdan biri idi. Son başverənlərdən sonra özünü ələ ala bilmədi. Getməsi lazımdır ki, özünü yenidən tapa bilsin, toparlana bilsin. Edəcək bir şey yoxdur. Təki alınsın, onun üçün yaxşı olsun. Böyümək üçün son iki ildə çox çalışırdı.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:00

Kəpəzin Tovuzda gəlişi qarşılaşma təhlükəsizliyini artırdı

Futbol
Bu gün, 15:52

Fənərbaxçanın 22 yaşlı müdafiəçisi ilə Arsenal arasında danışıqlar başladı

Futbol
Bu gün, 15:51

PSJ rəhbərliyi Ferran Torresin son həftələrdəki performansından narazıdır

Futbol
Bu gün, 15:50

AMEA Prezidenti: Dövlət Qurumları Arasında Minifutbol Yarışı Gəncliyin İdman Bayramı Kimidir

Futbol
Bu gün, 15:40

Hakim qərarları rüsvayçılıq kimi qiymətləndirildi

Futbol
Bu gün, 15:30

"Willem II" Niderland çempionatında antirekorda imza atdı

Basketbol
Bu gün, 15:29

"Hassani Qravett "Sabah" klubunda müqaviləsini 2026/27 mövsümünə qədər uzatdı"

Futbol
Bu gün, 15:13

Dövlət qurumları arasında V minifutbol turniri açıldı

Futbol
Bu gün, 15:03

La Liqa 14-cü tur: "Barselona" Bakıdan La-Korunyaya səfərə çıxır, "Real Madrid" liderə təzyiq göstərir

Digər
Bu gün, 15:01

«Fərid Qayıbov Misir nümayəndə heyəti ilə gənclər və idman sahəsində əməkdaşlığı müzakirə edib»

Futbol
Bu gün, 15:00

Qərb derbisində "Turan Tovuz" evdə "Kəpəz"ə heç dəfə məğlub olmub

Futbol
Bu gün, 14:42

Messi iştirak edəcək, Ronaldo hələ qərar verməyib

Futbol
Bu gün, 14:40

PSJ müdafiəçisi Nunu Mendeş sol bud yaralanması ilə xəyanət

Futbol
Bu gün, 14:39

İngiltərə Premyer Liqası klubları «Mançester Siti»nin sahibələrini klubu satmağa məcbur etməyi tələb edir

Futbol
Bu gün, 14:30

Borussia 19 yaşlı müdafiəçiyə 80 milyon avro qiymət qoydu

Digər
Bu gün, 14:24

Azərbaycan və Beynəlxalq Xizək və Snobord Federasiyası qış turizminin inkişafını müzakirə edib

Qarabağ FK
Bu gün, 14:23

Kadi Borqesin komandadan ayrılması barədə iddialar haqsızdır – "Qarabağ"dan İDMAN.BİZ‑ə rəsmi açıqlama

Digər
Bu gün, 14:02

«İmaməddin Xəlilovun hədəfi: yenidən paralimpiya və dünya çempionu olmaq;»

Qarabağ FK
Bu gün, 14:00

"Şükür ki, çəkdiyim əziyyətin bəhrəsini görürəm" – Şakir Seyidovun MÜSAHİBƏSİ

Futbol
Bu gün, 13:50

"Xəzər Lənkəran"ın qayıdışı AFFA-nı aşır — sabiq mətbuat katibindən müsahibə

Futbol
Bu gün, 13:49

Real və Liverpul niderlandlı qapıçısını transfer edəcək

Futbol
Bu gün, 13:34

Çelsi yenə xalsız qaldı

Digər
Bu gün, 13:33

Batumda Beşiktaşlı tələbələrə hücum edildi

Futbol
Bu gün, 13:30

"Fransa klubu baş məşqçi vəzifəsinə portuqaliyalı mütəxəssis gətirir"

Oxşar xəbərlər