top
Qurban Qurbanov Sabaha məğlubiyyət, komandanın durumu və Elvin Cəfərquliyevin cəzası haqqında danışdı Idman.biz
18 aprel 2026, 23:51
- ↺ +

Qurban Qurbanov "Sabah"a məğlubiyyət, komandanın durumu və Elvin Cəfərquliyevin cəzası haqqında danışdı

Misli Premyer Liqasının 28-ci turunda öz meydanında "Sabah"a minimal hesabla (0:1) uduzan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında rəqibi təbrik edərək, komandasının çıxışından razı qalmadığını bildirib. Təcrübəli mütəxəssis bəzi futbolçuların performansında çatışmazlıqlar olduğunu və kollektivdə psixoloji yorğunluğun hiss edildiyini vurğulayıb.

İdman.Biz xəbər verir ki, Qurban Qurbanov Çempionlar Liqasındakı uğurlu çıxışdan sonra komandanın daxili çempionata tam toparlana bilmədiyini qeyd edib. O, sıx qrafikin və uzun müddət 3-4 gündən bir oyuna çıxmağın oyun keyfiyyətinə mənfi təsir etdiyini, sanki bütün fikirlərin Avropaya kökləndiyini bildirib. Baş məşqçi qeyd edib ki, kollektivdə yaranan bu durğunluq dünya təcrübəsində də rast gəlinən normal bir hal olsa da, çatışmazlıqları aradan qaldırmaq üçün önə pozitiv baxmaq lazımdır.

"İllər boyu bu cür oynamışıq. "Sabah" daha aktivdir, kompleks olaraq daha hazırlıqlıdırlar. Çempionatda get-gedə hamı bir-birini tanıyır. Bir komandaya qarşı bir neçə oyun keçirdikdə, ona qarşı daha inamlı olursan. Çempionatda komandalar öz qabiliyyətlərini yaxşılaşdırılar, biz çempionata istədiyimiz kimi hazır ola bilmədik", - deyə Qurbanov vurğulayıb.

Jurnalistlərin əvəzedici heyətə göndərilən futbolçularla bağlı suallarını cavablandıran mütəxəssis, intizam məsələlərində kompromisə getməyəcəklərini vurğulayıb. Elvin Cəfərquliyevin bağışlanıb-bağışlanmayacağı ilə bağlı hələ dəqiq qərar vermədiyini deyən Qurbanov, klubun adının "Qarabağ" olduğunu və burada hər kəsin stabil çıxış etməli olduğunu xatırladıb:

"Sevindirici tərəfi odur ki, nə var onu danışıb, onu deyib. Söhbətimiz olmağı, filan. İstənilən futbolçunun arxasındayam. Bu günə qədər olmayıb ki, hansısa futbolçunun inkişafını düşünməyim, yaşam tərzini, gələcəyini düşünməyim. Ən zəif oynayan futbolçunu belə, gələcəyini düşünmüşəm, söhbətləşmişəm. İnsanların müəyyən yaş vaxtı olur, onda futbolçu daha möhkəm, xarakterli olmalıdır. Elvin üçün orada oturma, burada otur, o çağrsın, bu çağırsın. ÇL-də turun oyunçusu oldu. Futbolçulara hər zaman deyirəm, bir oyun o demək deyil ki, missiyan tamamlandı. Bu, "Qarabağ" klubudur. Bir-iki oyun udursan, bir xal sənə mane olur. O demək deyil ki, ÇL-də üç oyun yaxşı oynamışam, vacib matçda intizamsızlıq edim. Bağışlanmağa gəldikdə, proses davam edir. Digər klublar məni düzgün başa düşsün, bəlkə hansısa klubda nəyəsə göz yummaq olar. Amma klubun adı "Qarabağ"dırsa, buna göz yuma bilmərik. Cəzalar klubdaxili bir şeydir. Futbol elə oyundur ki, burada stabil olmaq lazımdır. Futbolçularımın əziyyətini yerə vura bilmərəm. Daim özlərinə də bu haqda danışmışam, iclaslarda bildirmişəm. Narahat olduğum nədir? ÇL-dəki uğurları düşünərək, çempionatı belə yola verməli deyilik. Bu gün mən oyundan razı qalmadım. Uduzduğumuz əvvəlki matçdan razı qalmışdım. Bu günkü oyun üçün 4-5 məşq birlikdə etmişdik. Bəlkə, oyunçularımı daha da incələməliyəm, yaşam tərzini, ya hərtərəfli".

Azarkeşlərin mümkün etirazlarına da toxunan Qurbanov, ona hər hansı neqativ fikrin çatmadığını, əksinə, tərəfdarların hər zaman komandanın yanında olduğunu deyib.

Qeyd edək ki, "Qarabağ" çərşənbə günü kubok matçında yenidən "Sabah"la qarşılaşacaq və baş məşqçi həmin görüşdə müəyyən dəyişikliklərin olacağını istisna etməyib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 15:03

Həvəskarlıqla böyük idman arasında: Azərbaycanda qayayadırmanma necə inkişaf edir? - İDMAN.BİZ-in REPORTAJI - FOTO

Digər
Bu gün, 14:59

Türkiyənin 4 nəhəng klubu cərimələnib

Digər
Bu gün, 14:50

Kanaki və Maohi Nui komandaları Bakıda

Qarabağ FK
Bu gün, 14:48

“Sabah” – “Qarabağ”: Mərdəkanın yeni “Sabah Arena”da köhnə rəqabət və liderlik mübarizəsi – İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 14:41

Sabah futbol komandası baş məşqçisi Valdas Dambrauskas ildə 50 kitab oxuyur

Futbol
Bu gün, 14:40

Kəpəz – Şəfa matçı kinoteatrda nümayiş olunur

Digər
Bu gün, 14:33

Azərbaycanlı namizəd dünya güləşinin prezidentliyinə iddialıdır: Namiq Əliyev kimdir?

Digər
Bu gün, 14:26

İspaniyada Messinin qaldığı otelin önündə böyük İZDİHAM

Qarabağ FK
Bu gün, 14:25

“Qarabağ”ın sabiq hücumçusu oyunda kütləvi davaya səbəb oldu - VİDEO

Digər
Bu gün, 14:20

“Azərbaycan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır”

Futbol
Bu gün, 14:05

Koy-Leons Mikelsin "Borussiya Mönhenqladbax"a şəxsi arzusuna baxmayaraq, clubdan rəsmi transfer təklifi olmamışdır

Qarabağ FK
Bu gün, 13:53

“Turan Tovuz”un hücumçusu İbrahima Vadji Fransa mediasında ön plandadır - FOTO

Digər
Bu gün, 13:44

“Sabah”ın müdafiəçisi Bakıda Lamin Yamalı meydanda rahat buraxmayacağına söz verdi

Digər
Bu gün, 13:40

"Ayntraxt" sabiq futbolçusunu idman direktoru postuna dəvət etmək istəyir

Digər
Bu gün, 13:20

"Nyukasl"ın sabiq baş məşqçisi "Mançester Yunayted"in "sükanı arxasına" keçə bilər

Digər
Bu gün, 13:17

“Şəfa”nın baş məşqçisi Vasif Haqverdiyev 5 oyunluq cəzalandırıldı

Formula 1
Bu gün, 13:14

Avstraliya Qran-prisində kenqurunun trasda peyda olması MotoGP məşqini dayandırdı

Digər
Bu gün, 13:13

İntizam Komitəsi iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb

Futbol
Bu gün, 13:06

FİFA U-15 Dünya Çempionatına ev sahipliyi edən Hövsan Yarış Kompleksi hazırdır

Futbol
Bu gün, 13:00

Zirə Sumqayıtı 22 oyunda məğlub edə bilmədi

Futbol
Bu gün, 12:59

Tacikistanlı futbolçu Hüseynconi Bobocan: “Bakıda dünya çempionatı üçün hazırlanan meydançalar gözəldir”

Futbol
Bu gün, 12:50

Sumqayıtın kapitanı İsa Sülumbra U-15 komandasının məşqində iştirak edib

Qarabağ FK
Bu gün, 12:45

“Qarabağ”ın sabiq futbolçusu 6 milyonluq dələduzluğun qurbanı olub

Digər
Bu gün, 12:40

ABL: IV turun ilk mtçında "Sabah" NTD-yə qarşı

Oxşar xəbərlər