top
Qurban Qurbanov Sabah oyunu və çempionluq şansı barədə danışdı Sport24.az
14 dekabr 2025, 20:37
- ↺ +

Qurban Qurbanov "Sabah" oyunu və çempionluq şansı barədə danışdı

"Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Vacib olan o idi ki, oyunçular intizamlı oynasınlar. Sonlara yaxın 1-2 boşluqlar oldu, ümumən çox diqqətli və intizamlı oyun göstərdilər. Baxmayaraq ki, qarşımızda topla yaxşı davranan komanda var idi. Yaxşı hücumlarımız oldu, yaxşı qollar vurduq. Rəqibə və öz komandamıza uğurlar arzulayıram. Azarkeşlərimizə də təşəkkür edirəm".

 

Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 15-ci turunun "Araz-Naxçıvan"la görüşündən sonra mətbuat konfransında deyib.

 

O, jurnalistlərin suallarını cavablandırıb.

 

- Marko Yankoviçin yoxluğunda həmin mövqeədə Joni Montiel, daha sonra Emmanuel Addai oynadı. Yankoviç hazır deyildi?

- Yankoviçə istirahət vermişdik. Xeyli oyunçunu əsas heyətdə buraxmamışdıq. Çünki əvvəlki matç gərgin və sürətli keçmişdi. Son vaxtların ən çox maksimal sürətdə keçən oyunu idi. Hər oyunçunun göstəriciləri yüksək idi. 

 

- "Sabah" - "Qarabağ"  matçından gözləntiniz nədir?

- Həqiqətən də bugünkü nəticələri "Sabah"ın oyununa görədir. Oyundan-oyuna daha qabiliyyətli, daha təhlükəli "Sabah" gəlir, yaxşı kollektiv formalaşıb. Yaxşı oyun intizamları var. Çox ciddi rəqibə qarşı oynayırıq. Sadəcə bu gün və sabah oyunçulara istirahət verəcəyik. Futbolçularda istər-istəməz yorğunçuluq çoxalır. Düzü, rəqibi yaxından analiz etməmişik hələ. Amma oyunlarına baxmışıq, "Neftçi" və "Turan Tovuz" görüşünə baxmışıq.  

 

- Kadinin sıradan çıxmasından sonra onun mövqeyində oynayan futbolçularda həmin performansı görə bilirsiz? Çünki onun yoxluğunda "Qarabağ"ın həmin mövqedə eyni performansın olmadığı yazılır... 

- Bəlli məsələdir. Hər oyunçunu uyğun mövqeyi var. Kadinin sıradan çıxması digər mövqelərə də təsirsiz ötüşmür. Çünki fərqli mövqedən olan oyunçunu orada oynayanda, digər sıxıntılarımz da olur. Bu da qaçılmazdır. Dünya futbolunda da var. Amma futbolçularım sağ olsunlar, nəticə üçün əlindən gələni edir. Hər bir kollektiv bir oyunçunun üzərində qurulmur. Kadı pleymeyker zonasında oynayır, onu bəzən dayaq yarımmüdafiəçisi kimi də oynatmışıq. Rəqibdən də asılıdır. Kadi kimi qabiliyyətli, təcrübəli oyunçuların meydanda olması kollektivə, oyunumuzun qurulması üçün əlavə üstünlükdür. Çox istəyərəm ki, oyunçularım həmişə sağlam olsunlar.

 

- Qış fasiləsinə 2 oyun qalıb. Futbolçular mövsümün əvvəlində ehtimal etdiyinizdən daha çoxunu verə biliblər meydançada, yoxsa necə? Futbolçuların göstəriciləri necədir?

- Gözləntim olan futbolçulardan gözlədiyimi ala bilmişəm. Daha çox gözlədiyimdən elələri olub ki, ala bilməmişəm. Amma burada deməyim düzgün olmaz. Özləri bunu bilirlər və özləri də doğru-düzgün qəbul ediblər.

 

- "Sabah"la matçın nəticəsi, yəni məğlubiyyət olarsa, çempionluq yarışına təsir edəcək?

- Hələ qarşıda xeyli sayda oyun var. Mövsüm başlayanda neçənci yerlərdə idik, xeyli sonra pillə-pillə qalxmağa başladıq. "Sabah" da belə idi. İndi daha yaxşı yerlərə yüksəliblər. Düzdür, vacib oyundur. Qalib gəlsək, o demək deyil ki, mövsümün sonunda çempion olacağıq. "Sabah"ın yaxşı kollektivi var. Həmin oyunun nəticəsindən asılı olmayaraq,  mübarizə davam edir. "Sabah" da bütün fikrini çempionata yönəldib.

 

- Qadın və Uşaq Sığınacağında təkbaşına "Qarabağ"ın matçını izləyən azarkeş Əkbər Zülfüqarovla görüşmüsüz?

- Yox, hələ. Amma görüşəcəyik, buradadır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 23:30

"Qarabağ" Sabaha qonaq gələrək çempionu müəyyən edəcək: Həsi Fotolar

Futbol
Bu gün, 23:30

Real Madrid TV “El-klasiko” öncəsi La Liqa hakimlərini təəssübkeşliklə ittiham edib

Tennis
Bu gün, 23:24

Çində Ninqbo WTA 500-də Yelena Rıbakina Şampiyonluğunu Qoruyub

Güləş
Bu gün, 23:05

Eldəniz Əzizli: Beşinci Dünya Çempionu Olarkən Himni Səslənəndə Gözümdən Yağış Çəkdi

Futbol
Bu gün, 23:05

Qari Nevill Manchester United-un uğursuz performansına tənqid etdi

Futbol
Bu gün, 22:51

Qavi: Mourinyo və Flikin oyun yanaşmalarını bəyəndiyini açıqladı

Qarabağ FK
Bu gün, 22:50

Qurban Qurbanov: “Maraqlı oyun, temp sonadək yüksək səviyyədə idi”

Futbol
Bu gün, 22:28

Renat Dadaşovun komandası 0-0 ilə başa çatdı

Futbol
Bu gün, 22:13

Toral Bayramovun Bursaspor komandası 4:2 qalib gəldi

Futbol
Bu gün, 21:59

İmişli, Şamaxını 2:1 hesabına məğlub etdi - Video icmalı

Qarabağ FK
Bu gün, 21:59

Kadi Borges: “Sabah” komandası son bir ildə gördüyüm ən yaxşı komandalar arasındadır

Güləş
Bu gün, 21:35

Sənan Süleymanov 15 illik gözləntini bitirdi: Azərbaycan olimpiya çəkisində qızıl medal qazanır

Futbol
Bu gün, 21:10

Azər Bağırov: "İmişli"yə məğlubiyyətdə penalti qərarı təssüf doğurduq, amma dərin təhlil etməkdən çəkinirik

Qarabağ FK
Bu gün, 21:01

Dambrauskas: Çempionluq mübarizəsi ötən mövsümdən daha ağır olacaq

Qarabağ FK
Bu gün, 20:59

Dambrauskas: 0:0 nəticəni ədalətli hesab edir, futbolçuları Avropa transferlərinə sevinclidir

Cüdo
Bu gün, 20:55

Gənc cüdoçularımız Düşəbədə keçirilən Qran-pri turnirində 5 medal qazandı

Qarabağ FK
Bu gün, 20:48

Qurbanov: “Texniki səhvlərimiz çox, fiziki hazırlığı artırmalıyıq”

Futbol
Bu gün, 20:41

FIFA U-15 Dünya Çempionatında Azərbaycan millisi Avstraliyaya 1:3 hesabı ilə məğlub oldu

Futbol
Bu gün, 20:39

Hoffenheim 3-0 Bayer: Üç qol ilə Bundesligada qalib

Qarabağ FK
Bu gün, 20:34

Qurban Qurbanov: "Sabah"la 0:0 hesablı heç-heçə edən "Qarabağ"da texniki səhvlərə baxmayaraq mübarizədən qopmadıq"

Güləş
Bu gün, 20:27

Sənan Süleymanov: Bir ay əvvəl dünya çempionu olacağımı yazmışdım, indi qızıl medal qazanmışam

Futbol
Bu gün, 20:19

Monako, Lillə 1:1 tarazlıqda bitirdi

Qarabağ FK
Bu gün, 20:15

Sabah vs Qarabağ 0‑0: Mərkəzi oyunda bərabərlik

Futbol
Bu gün, 20:02

Premyer Liqa: Manchester United evində 0:3 məğlub oldu, Liverpool isə 2:0 qalib gəldi

Oxşar xəbərlər