top
Qurban Qurbanov: Qalib gəlsək, o demək deyil ki, mövsümün sonunda çempion olacağıq Sport24.az
Dünən, 20:37
- +

Qurban Qurbanov: "Qalib gəlsək, o demək deyil ki, mövsümün sonunda çempion olacağıq"

"Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Vacib olan o idi ki, oyunçular intizamlı oynasınlar. Sonlara yaxın 1-2 boşluqlar oldu, ümumən çox diqqətli və intizamlı oyun göstərdilər. Baxmayaraq ki, qarşımızda topla yaxşı davranan komanda var idi. Yaxşı hücumlarımız oldu, yaxşı qollar vurduq. Rəqibə və öz komandamıza uğurlar arzulayıram. Azarkeşlərimizə də təşəkkür edirəm".

 

Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 15-ci turunun "Araz-Naxçıvan"la görüşündən sonra mətbuat konfransında deyib.

 

O, jurnalistlərin suallarını cavablandırıb.

 

- Marko Yankoviçin yoxluğunda həmin mövqeədə Joni Montiel, daha sonra Emmanuel Addai oynadı. Yankoviç hazır deyildi?

Yankoviçə istirahət vermişdik. Xeyli oyunçunu əsas heyətdə buraxmamışdıq. Çünki əvvəlki matç gərgin və sürətli keçmişdi. Son vaxtların ən çox maksimal sürətdə keçən oyunu idi. Hər oyunçunun göstəriciləri yüksək idi. 

 

- "Sabah" - "Qarabağ"  matçından gözləntiniz nədir?

Həqiqətən də bugünkü nəticələri "Sabah"ın oyununa görədir. Oyundan-oyuna daha qabiliyyətli, daha təhlükəli "Sabah" gəlir, yaxşı kollektiv formalaşıb. Yaxşı oyun intizamları var. Çox ciddi rəqibə qarşı oynayırıq. Sadəcə bu gün və sabah oyunçulara istirahət verəcəyik. Futbolçularda istər-istəməz yorğunçuluq çoxalır. Düzü, rəqibi yaxından analiz etməmişik hələ. Amma oyunlarına baxmışıq, "Neftçi" və "Turan Tovuz" görüşünə baxmışıq.  

 

- Kadinin sıradan çıxmasından sonra onun mövqeyində oynayan futbolçularda həmin performansı görə bilirsiz? Çünki onun yoxluğunda "Qarabağ"ın həmin mövqedə eyni performansın olmadığı yazılır... 

Bəlli məsələdir. Hər oyunçunu uyğun mövqeyi var. Kadinin sıradan çıxması digər mövqelərə də təsirsiz ötüşmür. Çünki fərqli mövqedən olan oyunçunu orada oynayanda, digər sıxıntılarımz da olur. Bu da qaçılmazdır. Dünya futbolunda da var. Amma futbolçularım sağ olsunlar, nəticə üçün əlindən gələni edir. Hər bir kollektiv bir oyunçunun üzərində qurulmur. Kadı pleymeyker zonasında oynayır, onu bəzən dayaq yarımmüdafiəçisi kimi də oynatmışıq. Rəqibdən də asılıdır. Kadi kimi qabiliyyətli, təcrübəli oyunçuların meydanda olması kollektivə, oyunumuzun qurulması üçün əlavə üstünlükdür. Çox istəyərəm ki, oyunçularım həmişə sağlam olsunlar.

 

- Qış fasiləsinə 2 oyun qalıb. Futbolçular mövsümün əvvəlində ehtimal etdiyinizdən daha çoxunu verə biliblər meydançada, yoxsa necə? Futbolçuların göstəriciləri necədir?

Gözləntim olan futbolçulardan gözlədiyimi ala bilmişəm. Daha çox gözlədiyimdən elələri olub ki, ala bilməmişəm. Amma burada deməyim düzgün olmaz. Özləri bunu bilirlər və özləri də doğru-düzgün qəbul ediblər.

 

- "Sabah"la matçın nəticəsi, yəni məğlubiyyət olarsa, çempionluq yarışına təsir edəcək?

Hələ qarşıda xeyli sayda oyun var. Mövsüm başlayanda neçənci yerlərdə idik, xeyli sonra pillə-pillə qalxmağa başladıq. "Sabah" da belə idi. İndi daha yaxşı yerlərə yüksəliblər. Düzdür, vacib oyundur. Qalib gəlsək, o demək deyil ki, mövsümün sonunda çempion olacağıq. "Sabah"ın yaxşı kollektivi var. Həmin oyunun nəticəsindən asılı olmayaraq,  mübarizə davam edir. "Sabah" da bütün fikrini çempionata yönəldib.

 

- Qadın və Uşaq Sığınacağında təkbaşına "Qarabağ"ın matçını izləyən azarkeş Əkbər Zülfüqarovla görüşmüsüz?

- Yox, hələ. Amma görüşəcəyik, buradadır.

Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 04:00

Keçmiş UFC döyüşçüsü Ceronimo dos Santos Rio-Neqroda itkin düşüb

Futbol
Bu gün, 03:20

Ter Ştegen "Barselona"dan Maaş Güzəşti Etməyəcək

Futbol
Bu gün, 03:00

Pep Qvardiola Ruben Diası "əsl kapitan və lider" adlandırıb

Futbol
Bu gün, 02:40

Stas Pokatilov: "Qarabağ"a qarşı oyun prinsipialdır, hər oyun qələbə üçün oynayırıq

Futbol
Bu gün, 02:17

Meyson Qrinvudun qolu "Marsel"ə "Monako" üzərində qələbə qazandırdı

Futbol
Bu gün, 01:59

La Liqa: "Real Madrid" "Alaves" üzərində səfər qələbəsi qazandı

Futbol
Bu gün, 01:45

"Yuventus" "Bolonya" üzərində minimal hesablı qələbə qazandı: A Seriyasında 15-ci tur nəticəsi

Futbol
Bu gün, 01:30

Fil Foden Premyer Liqada Qol Vurmaqda Davam Edir

Futbol
Bu gün, 01:15

"Ştutqart" "Verder"i səfərdə darmadağın etdi

Futbol
Bu gün, 01:05

Sergen Yalçın "Trabzonspor" matçından sonra hakimlərdən yenə narazıdır

Futbol
Bu gün, 00:55

"Turan Tovuz" daun sindromlu və autizmli uşaqları qonaq etdi - FOTO

Futbol
Bu gün, 00:45

"Cenoa" - "İnter" oyunu öncəsi azarkeşlər toqquşdu, iğtişaşlar yaşandı - VİDEO

Futbol
Bu gün, 00:35

"Real Madrid" yayda 8 futbolçu ilə yollarını ayırmağa hazırlaşır

Futbol
Bu gün, 00:15

"Sent Mirren" "Seltik"i məğlub edərək Şotlandiya Liqa Kubokunu qazandı

Futbol
Bu gün, 00:01

"İnter" səfərdə "Cenoa" üzərində 2:1 hesablı qələbə qazandı

Futbol
Dünən, 23:48

"Brentford" - "Lids": Heç-heçə (1:1)

Futbol
Dünən, 23:22

Türkiyə Super Liqası: "Trabzonspor" - "Beşiktaş" oyunu 3:3 hesabı ilə başa çatdı

Futbol
Dünən, 23:09

Fransa Liqa 1: Qollar və qırmızı vərəqələrlə zəngin "Oser" - "Lill" matçı: 3:4

Futbol
Dünən, 22:55

"Lans" "Nitsa" üzərində qələbə qazanaraq Liqa 1-də lider oldu, Eduardan dubl

Futbol
Dünən, 22:45

Almaniya Bundesliqası: "Bavariya" "Mayns"la heç-heçə etdi

Futbol
Dünən, 22:30

Holand Premyer Liqada qollar sayına görə Ronaldonu ötüb

Futbol
Dünən, 22:30

Holand Premyer Liqada Ronaldunun qol sayını ötdü

Futbol
Dünən, 22:30

Holand Premyer Liqada qollar sayına görə Ronaldunu üstələyib

Futbol
Dünən, 22:30

Holand Premyer Liqada Ronaldunu qol sayına görə üstələdi

Oxşar xəbərlər