top
Qurban Qurbanov Nyukaslın PSJ ilə eyni gücdə olduğunu deyib Sport24.az
30 yanvar 2026, 18:41
- ↺ +

Qurban Qurbanov "Nyukasl"ın PSJ ilə eyni gücdə olduğunu deyib

PSJ (Fransa) və "Nyukasl" (İngiltərə) komandalarının gücləri təxminən eynidir. Sport24.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibləri "Nyukasl"ı dəyərləndirərkən deyib.

 

"Köhlən atlar"ın mətbuat xidmətinə danışan mütəxəssis onları maraqlı mübarizənin gözlədiyini bildirib:

 

"Püşkün komandamıza və azarkeşlərimizə xeyirli və uğurlu olmasını diləyirəm. Hər mərhələ keçdikdən sonra daha ciddi rəqiblərlə qarşılaşırıq. "Nyukasl" Liqa mərhələsinin son turunda PSJ ilə 1:1 hesabı ilə bərabərə qalıb. Ona görə də demək olar ki, hər iki komandanın gücləri təxminən eynidir. Həmişə Premyer Liqa klubuna qarşı oynamaq əlavə güc tələb edir. "Nyukasl" çox ciddi rəqibdir. Çalışacağıq ki, yaxşı oyun göstərək, yaxşı hazırlaşaq. Çünki İngiltərə Premyer Liqası dünyanın ən güclü çempionatıdır. Burada komandalar arasında o qədər də ciddi fərq olmur. Hər komanda bir-birinə qalib gələ bilir. Hər görüşdə 3-4 qol da görmək mümkündür.

 

Çalışacağıq ki, matça yaxşı hazırlaşaq, rəqibi daha yaxından tanıyaq. Amma "Nyukasl" bu mərhələdəki digər rəqiblərin heç birindən zəif deyil, özünəxas oyun üslubuna malik və çox sürətli oynayan komandadır".

 

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Nyukasl"la ilk matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək. Pley-off mərhələsinin ilk oyunları 17-18 fevralda, cavab qarşılaşmaları isə 24-25 fevralda keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:33

Qarabağ və Fənərbaxça oyunu: Canlı yayım kanalları və tarixləri

Digər
Bu gün, 10:32

Sumqayıtda ölkə karate birinciliyi müxtəlif üslublarla yekunlaşır

Futbol
Bu gün, 10:30

FIFA bu mükafatı ləğv edə bilər

Futbol
Bu gün, 10:29

Qəbələ Şamaxıya gələcək: Misli Premyer Liqası XIII turu

Futbol
Bu gün, 10:23

«Fransa təmsilçisi PSJ Xulian Kinyonesi ilə maraqlanır»

Futbol
Bu gün, 10:21

Hansi Flik, "Sabah"ın qolunun ardından nə üçün əsəbiləşdi?

Futbol
Bu gün, 10:17

Real evdə Alaves‑lə 1:2 məğlubiyyət alıb

Futbol
Bu gün, 10:13

Fernando Muslera Qalatasarayda karyerasını başa vurdu

Futbol
Bu gün, 10:11

Mourinyo məğlubiyyəti və Arda haqqında

Futbol
Bu gün, 10:00

Kəpəz klubuna əsas futbolçunun Şamaxı qarşısında oyunu itirəcəyi xəbər

Qarabağ FK
Bu gün, 09:53

Qarabağ – Sumqayıt: 13‑ci turun son oyunu 29 noyabrda Azersun Arena'da

Digər
Bu gün, 09:47

Latsio" dayanmaq bilmir

Futbol
Bu gün, 09:40

Mahir Emreli: «İldəki son ev oyununda istədiyimiz nəticəni əldə edə bilmədik, çətin mövsüm keçiririk»

Futbol
Bu gün, 09:40

Çexiya klubu 22 milyon avro ilə Slaviya hücumçusunu qiymətləndirir

Futbol
Bu gün, 09:30

Keçmiş hakim: Penaltı qərarı ləğv edilərkən ikinci sarı vərəqə doğru qərar verildi

Futbol
Bu gün, 09:30

«Real»ın Alaves qarşısında gözlənilməz məğlubiyyəti – Video icmalı

Qarabağ FK
Bu gün, 09:22

Bugünkü Canlı Yayımda Futbol Matçları – AFİŞA

Futbol
Bu gün, 09:20

"Mançester Yunayted tarixində ilk dəfə belə biabırçılıq yaşandı"

Futbol
Bu gün, 09:17

Noyabrın 29-da Avropa və Türkiyə Futbolu: Günün Ən Gözəl Çoxsaylı Oyunları

Futbol
Bu gün, 09:08

Şamaxı Qəbələ ilə oyunda seriyaya son qoymağa çalışacaq

Qarabağ FK
Bu gün, 09:05

Misli Premyer Liqası: Şamaxı–Qəbələ və Qarabağ–Sumqayıt bu gün oynanacaq

Futbol
Bu gün, 09:01

"Donald Tramp FIFA‑nın Sülh Mükafatının ilk və son laureatı ola bilər"

Qarabağ FK
Bu gün, 09:00

"Qarabağ" – "Sumqayıt"a qarşı

Futbol
Bu gün, 08:40

"Union Berlin" baş məşqçi Mario Lustrinelli ilə yollarını ayırdı

Oxşar xəbərlər