top
Qurban Qurbanov Çempionlar Liqası rəqibləri və məsuliyyət barədə danışdı Report.az
Bu gün, 00:32
- +

Qurban Qurbanov Çempionlar Liqası rəqibləri və məsuliyyət barədə danışdı

Çox böyük məsuliyyət olduğunu başa düşürük. Yaxşı mübarizə aparmağa, azarkeşlərimizi sevindirməyə çalışacağıq.

"Report" xəbər verir ki, bunu klubun mətbuat xidmətinə açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacaqları rəqibləri dəyərləndirərkən deyib.

"Öncə öz azarkeşlərimizə bir daha təşəkkür etmək istəyirəm. "Ferentsvaroş"la pley-offun cavab oyunu zamanı stadionda etdikləri azarkeşlik, göstərdikləri dəstək, yaratdıqları atmosferə görə hər birinə təşəkkür edirəm. Bizim azarkeşlər Çempionlar Liqasının Liqa mərhələsini görməyi haqq edirdilər. Onlar üçün çox sevinirəm ki, bu mövsüm Çempionlar Liqasının minimum 4 görüşünü Bakıda canlı izləyəcəklər. Dörd səfər qarşılaşmasına isə ən azı televiziya ilə baxmaq şansları olacaq".

Qurban Qurbanov Liqa mərhələsindəki rəqiblər barədə də fikirlərini açıqlayıb:

"Qarşılaşacağımız komandaların hamısı çox ciddi rəqiblərdir. Öz ölkələrinin köklü, tarixi olan klublarıdır. "Liverpul", "Çelsi", "Ayaks", "Napoli", həmçinin digərləri "Benfika", "Ayntraxt", "Kopenhagen" və "Atletik" hamının yaxşı tanıdığı güclü komandalardır.

Çalışacağıq ki, bu matçlara yaxşı hazırlaşaq. Çünki bu turnir tam başqa bir səviyyədir. Çempionlar Liqasındakı həyəcan bir neçə dəfə artıq olur. Burada həm güc, həm sürət, həm oyunun gedişatı tam fərqlidir. Çox böyük məsuliyyət olduğunu başa düşürük. Yaxşı mübarizə aparmağa, azarkeşlərimizi sevindirməyə çalışacağıq".

Qeyd edək ki, komandamız Liqa mərhələsində "Liverpul" (İngiltərə), "Benfika" (Portuqaliya), "Napoli" (İtaliya) və "Atletik"lə (İspaniya) səfərdə, "Çelsi" (İngiltərə), "Ayntraxt" (Almaniya), "Ayaks" (Niderland) və "Kopenhagen"lə (Danimarka) evdə qarşılaşacaq.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:50

Konfrans Liqası: "Beşiktaş" və "Başakşəhər" turnirlə vidalaşdı

Futbol
Bu gün, 01:32

"Benfika"nın idman direktoru: "Azərbaycana səfər etməmək müsbət amildir"

Futbol
Bu gün, 01:14

Cəlal Hüseynovun komandası "Arda" Konfrans Liqasından kənarda qalıb

Futbol
Bu gün, 00:56

Kiyev "Dinamo"sunun Avropa Liqası ilə vida oyunu - NƏTİCƏLƏR

Futbol
Bu gün, 00:25

Qurban Qurbanov Çempionlar Liqası püşkü və rəqiblər haqqında: "Çox ciddi rəqiblərdir"

Futbol
Dünən, 23:56

"Neftçi" "Turan Tovuz" oyunu öncəsi son məşqini keçirdi

Futbol
Dünən, 23:24

"Liverpul"un baş məşqçisi Arne Slot Çempionlar Liqasının püşkü və "Qarabağ" barədə danışıb

Futbol
Dünən, 23:00

"Qarabağ"ın Çempionlar Liqası Rəqibləri: Tanışlar və Yeni Sınaqlar

Futbol
Dünən, 22:57

"Sumqayıt" "Şamaxı" matçına hazırdır

Futbol
Dünən, 22:48

Arne Slot "Qarabağ"la qarşılaşmağın "Liverpul" üçün xoş olacağını deyib

Futbol
Dünən, 22:30

"Neftçi" 12 yaşadək futbolçular arasında "Ulduz Cup" beynəlxalq turnirinin qalibi olub

Futbol
Dünən, 22:30

Velko Simiç icarə əsasında "Sabah"da çıxış edəcək

Minifutbol
Dünən, 22:25

"Araz-Naxçıvan" Çempionlar Liqasında Şotlandiya çempionunu darmadağın etdi

Futbol
Dünən, 22:19

"Sabah" Velko Simiçin icarəyə götürüldüyünü açıqlayıb

Futbol
Dünən, 22:13

"Qalatasaray" Vilfred Sinqonu transfer etdi

Futbol
Dünən, 21:56

Velko Simiç "Sabah"da - RƏSMİ

Futbol
Dünən, 21:51

Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu

Futbol
Dünən, 21:27

UEFA Çempionlar Liqası 2025/2026: Liqa mərhələsinin püşkü atıldı, rəqiblər müəyyənləşdi

Futbol
Dünən, 21:20

"Qarabağ"ın Çempionlar Liqası qrup mərhələsindəki rəqibləri müəyyənləşdi

Futbol
Dünən, 21:20

"Qarabağ"ın Çempionlar Liqası Qrup Mərhələsindəki Rəqibləri Müəyyənləşdi

Futbol
Dünən, 21:20

"Qarabağ"ın Çempionlar Liqasındakı Rəqibləri Müəyyənləşdi

Futbol
Dünən, 21:15

"Qarabağ"ın Çempionlar Liqası Liqa mərhələsindəki rəqibləri bəlli oldu

Futbol
Dünən, 21:04

"Qarabağ"ın Çempionlar Liqası əsas mərhələsindəki rəqibləri müəyyənləşdi: "Çelsi", "Liverpul" və digərləri

Oxşar xəbərlər