Bu gün Misli Premyer Liqasında 24-cü tur start götürür. Sport24.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçiriləcək.
"Neftçi" "doğma divarlar" arasında "Sumqayıt"ı qəbul edir. Turnir cədvəlində qonşu olan komandaların oyunu maraqla gözlənilir. Bu komandalar arasında 1-ci dövrənin qarşılaşmasında 1:1 hesabı qeydə alınıb. 2-ci dövrədə isə "Sumqayıt" 2:0 hesabı ilə qalib gəlib.
"Ağ-qaralar" qalib gələcəyi halda 6-cı pillədə qərarlaşan "kimyaçılar"dan bir qədər də uzaqlaşacaq. Qonaqlar aktivinə 3 xal yazacağı halda isə turnir cədvəlində "Neftçi"ni ötəcək. Qonaqların qış fasiləsindən sonra qələbə və qol üzünə həsrət qalmasını da xüsusi vurğulamaq lazımdı.
Qeyd edək ki, oyunun start fiti saat 19:00-da səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXIV tur
19:00."Neftçi" – "Sumqayıt" 1:0 (İkinc hissə)
Qol: Filip Ozobiç, 90+4
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Rüfət Əmirov
Bakı. "Neftçi Arena"
"Neftçi": 93. Rza Cəfərov (k), 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Elvin Camalov, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 9. Bassala Sambu, 11. Aleks Fernandes,
Ehtiyat oyunçular: 1. Emil Balayev, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 23. Robert Bauer, 22. Dembo Darboe, 20. Alfa Konte, 18. Ryonosuke Ohori
Baş məşqçi: Samir Abasov
"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 95. Miloş Miloviç, 12. Giorgi Karaişvili, 11. Momo Yansane, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 23. Ronaldo Vaskez, 9. Bobir Abdixolikov
Baş məşqçi: Vaqif Cavadov