Misli Premyer Liqasının XXIV turuna Zirdə yekun vurulacaq. Sport24.az xəbər verir ki, qəsəbənin eyniadlı təmsilçisi "Kəpəz"i qonaq edir.
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan meydan sahiblərindən fərqli, gəncəlilər elitada qalmağa çalışır. Təhlükəli zonada olan "sarı-göylər" "qartallar"la matçda minimum heç-heçə etməyə çalışacaq ki, bu da onlar üçün heç də pis göstərici hesab olunmamalıdır.
Qeyd edək ki, bu komandalar arasında ilk dövrənin oyunu "Zirə"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 2-ci dövrənin matçında isə paytaxt təmsilçisi 4:0 hesab ilə qalib gəlib.
Misli Premyer Liqası
III dövrə, XXIV tur
17:00. "Zirə" - "Kəpəz"
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Zirə İdman Kompleksinin stadionu,