Misli Premyer Liqasının 24-cü turunun ikinci oyun gününə "Tofiq Bəhramov"da yekun vurulacaq. Sport24.az xəbər verir ki, lider "Qarabağ" "Sabah"ı qəbul edir.
Son 2 turda meydanı qələbə ilə tərk edən ağdamlılardan fərqli, "bayquşlar" son 6 oyunda yalnız bir dəfə 3 xala sevinib.
Cari mövsüm bu komandaların qarşıdurmasında "Qarabağ" üstün tərəfdir. İlk dövrədəki matç "süvarilər"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci görüşdə isə qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, tur sabah keçiriləcək "Şamaxı" - "Turan Tovuz" və "Zirə" - "Kəpəz" oyunları ilə başa çatacaq.
Misli Premyer Liqası
III dövrə, XXIV tur
19:00. "Qarabağ" - "Sabah" - 1:1
Qollar: Abdullah Zubir, 17 (1:0), Cesse Sekidika, 35 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
"Qarabağ": 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzia, 9. Kadi Borqes, 2. Mateus Silva, 19. Redon Cica, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov.
"Sabah": 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 4. Sofian Çakla, 18. Pavol Safranko, 70. Cesse Sekidika, 13. İvan Lepiniça, 33. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 20. Coy Lens Mikels, 3. Con İrasabal, 11. Kahim Parris, 12. Vinsent Till, 99. Neqoş Kupusoviç
Baş məşqçi: Vasili Berezutski.