"Mançester Siti"nin Çempionlar Liqasında mübarizəni dayandırması, Premyer Liqada uğursuz çıxışı klub rəhbərliyini radikal addımlar atmağa vadar edir. Sport24.az "El Nacional"a istinadən xəbər verir ki, "şəhərlilər" baş məşqçi Xosep Qvardiolaya əvəzləyici tapmaq barədə fikirləşir.
Bildirilir ki, Mançesterdə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq Qvardiolanın yerinə "Bayer"in baş məşqçisi Xabi Alonso namizdəliyi gözdən keçirilir. Klubun rəhbərliyi Alonsonun oyun tərzini bəyənir.
Ancaq İngiltərə klubunun bu məsələdə ciddi rəqibi var. Belə ki, "Real" da Alonso ilə bağlı planlar cızır.
Qeyd edək ki, Xabi Alonsonun rəhbərlik etdiyi "Bayer" ötən mövsüm Bundesliqanı və Almaniya kubokunu qazanıb. Komanda Avropa Liqasının finalına yüksəlib.