Misli Premyer Liqasında 24-cü tur davam edir. Sport24.az xəbər verir ki, bu gün daha iki matç keçiriləcək.
Günün ilk qarşılaşmasında "Araz-Naxçıvan" öz meydanında "Səbail" ilə üz-üzə gələcək. Aktivində 44 xalı olan Naxçıvan təmsilçisi turnir cədvəlində ikinci, paytaxt klubu 17 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.
"Səbail" bu matçda qalib gələcəyi halda ən azı bir günlük sonuncu pillədən qurtulacaq.
Bu komandalar arasında əvvəlki iki dövrədə keçirilən oyunların hər ikisində Elmar Baxşıyevin komandası qalib gəlib. İlk dövrədə rəqibinə 2:3 hesabı ilə uduzan "dənizçilər" ikincidə də meydanı məyus tərk edib - 0:2.
Qeyd edək ki, matçın start fiti saat 16:00-da səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXIV tur
16:00. "Araz-Naxçıvan" - "Səbail" 0:0 (2-ci hissə)
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Asif Əliyev
Mərdəkan. "Liv Bona Dea Arena".
"Araz-Naxçıvan": 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev (k), 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 97. Felipe Santos, 10. Bernardo Dias, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 99. Raul Əhmədzadə, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba.
Baş məşqçi: Elmar Baxşıyev.
"Səbail": 1. Hüseynəli Quliyev, 96. İlkin Muradov, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 16. Emin Rüstəmov, 3. Dmitro Litvin, 7. Madi Queta, 5. Gitay Sofir, 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 18. Süleyman Əhmədov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 10. David Qomis, 99. İnnosent Nşuti.
Baş məşqçi: Cavid Hüseynov.