AFFA İntizam Komitəsi II Liqada çıxış edən "Kürmük Qax"ın futbolçusu Nail Təhməzlini 4 oyunluq diskvalifikasiya edib. Sport24.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna onun XXIV turda "Şəmkir"lə matçda rəqibi vurması səbəb olub.
Təcavüzkar davranışa görə cəzalandırılan futbolçu mövsümü erkən başa vurub. Komandası isə 300 manat cərimə edilib.