top
Qəbələnin legioneri Massumunun müsahibəsi: Çempionluq, bombardirlik və yeni hədəflər Idman.biz
04 iyul 2025, 17:39
- +

"Qəbələ"nin legioneri Massumunun müsahibəsi: Çempionluq, bombardirlik və yeni hədəflər

"Qəbələ"nin konqolu futbolçusu Domi Massumunun AZƏRTAC-a müsahibəsi

- "Qəbələ" ötən mövsüm I Liqada çempion oldu və birillik fasilədən sonra yenidən Premyer Liqaya geri döndü. Uğurunuzu necə şərh edərdiniz?

- Ötən mövsüm bizim üçün çox uğurlu keçdi. Vaxtından əvvəl çempionluğu təmin etdik. Bu, gözlədiyimdən də tez baş verdi. Mən də 16 qolla liqada bombardir oldum və fərdi mükafata layiq görüldüm. Özüm üçün ikiqat sevinc oldu. Geridə qoyduğumuz mövsümdə həm kollektiv, həm də fərdi olaraq əldə etdiyimiz nailiyyətlər əvəzolunmazdır. Qarşıda bizi daha böyük çağırışlar gözləyir.

- I Liqada bombardir olacağınızı gözləyirdiniz?

- Hücumçunun işi qol vurmaqdır. Futbolçu üçün statikstika önəmlidir. Qollarımı Premyer Liqada da davam etdirmək istəyirəm. Bütün uğurun açarı əzmkar işdir.

- Komanda olaraq yeni mövsümdə hədəfləriniz nədir?

- Bu mövsüm daha da çətin olacaq, çünki liqa fərqlidir. Qarşımıza yüksək hədəflər qoymalı və ona çatmaq üçün bütün bacarığımızla çalışmalıyıq.

- Necə düşünürsünüz, "Qəbələ" qarşıdakı mövsümdə medalçılar sırasında olmaq potensialına malikdir?

- Komanda artıq yeni mövsümün hazırlıqlarına start verib və mümkün hədəfləri müəyyənləşdirəcəyik. İstəyimizə çatmaq üçün intensiv çalışacağıq. Əlbəttə ki, yeni mövsümdə yüksək pillələrdə olmaq istəyirik. Əldə edəyimiz uğur, eləcə də avrokuboklara vəsiqə bizə zövq verəcək.

- Konqo millisində 3 oyun keçirmisiniz. Azərbaycandakı uğurlu çıxışınız sizi milli komandanın daimi üzvünə çevirə bilərmi?

- Futbolçuların yığmaya çağrılmasına baş məşqçi qərar verir. Milli komandada oynamağa hər zaman hazıram. Ölkəmin əsas yığmasında oynamaq qürurverici hissdir.

- Azərbaycan və komandanızın təmsil etdiyi Qəbələ şəhəri ilə bağlı təəssüratlarınız necədir?

- Azərbaycan möhtəşəm ölkədir. Düzdür, Qəbələdə çox yerlərə gedə bilməmişəm. Tufandağda, bir sıra maraqlı restoranlarda olmuşam. Burada yaşamaq gözəl hissdir.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

"Qarabağ"ın qələbəsi Azərbaycanı UEFA reytinqində Rusiyadan irəli saldı

Futbol
Bu gün, 08:10

"Sabah" "Petrokub"u qəbul edir: Konfrans Liqasının cavab oyunu

Futbol
Bu gün, 07:30

Tahir Gözəl: "Qarabağ"ın daha iki transferi olacaq və qrup mərhələsinə vəsiqə qazanacağımıza inanıram

Basketbol
Bu gün, 02:27

NBA Ulduzu Gilbert Arinas Qanunsuz Qumar Biznesinə Görə Saxlanılıb

Futbol
Bu gün, 02:24

Çempionlar Liqasının III təsnifat mərhələsinin bütün Cütlükləri Bəlli Oldu

Futbol
Bu gün, 01:48

Viktor Osimhen "Qalatasaray"a Transfer Olundu

Futbol
Bu gün, 01:29

"Qarabağ"ın Çempionlar Liqası rəqibi "Şkendiya"nın Azərbaycan klubu ilə təcrübəsi: "Neftçi" ilə qarşılaşma

Futbol
Bu gün, 01:06

Fərid Nəbiyev yenidən "Kəpəz"də: Transfer təsdiqləndi

Cüdo
Bu gün, 00:36

Azərbaycan Cüdo Yığması Avropa Kubokunda 9 İdmançı ilə Təmsil Olunacaq

Futbol
Bu gün, 00:35

"Zirə" "Hayduk"la oyundan əvvəl Xorvatiyada son məşqini keçirdi

Futbol
Bu gün, 00:19

"Qarabağ"ın "Şelburn" üzərində qələbəsi ilə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlməsi

Futbol
Bu gün, 00:14

Tahir Gözel "Qarabağ"ın qrup mərhələsinə vəsiqə qazanacağına inanır

Futbol
Dünən, 23:51

"Neftçi" Çempionlar Liqasında "Fomget"ə məğlub oldu

Futbol
Dünən, 23:30

Fərid Nəbiyev yenidən "Kəpəz"də

Futbol
Dünən, 23:24

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi "Şkendiya" oldu - Sürpriz nəticə

Futbol
Dünən, 23:22

"Qarabağ"ın Çempionlar Liqası III təsnifat mərhələsindəki rəqibi "Şkendiya" oldu

Futbol
Dünən, 23:22

"Araz Naxçıvan" "Aris"lə oyundan öncə son məşqini keçirdi

Futbol
Dünən, 23:16

"Qarabağ"ın Çempionlar Liqasında "Şkendiya" ilə oyunu baş tutacaq

Futbol
Dünən, 23:05

Qurban Qurbanov: Avrokuboklarda daha yaxşı nəticələr gözləyirik

Futbol
Dünən, 22:59

Qurban Qurbanov "Transferləri mütləq etmək istəyirik" və "Qarabağ"ın oyununa dair fikirləri

Futbol
Dünən, 22:46

"Şelburn"un baş məşqçisi: "Bərabərləşdirmək şansımız var idi, amma bacarmadıq"

Futbol
Dünən, 22:45

"Şelburn" Baş Məşqçisi: "Qarabağ" kimi komandalara qarşı çox da taktiki dəyişiklik etməyə ehtiyac yoxdur

Futbol
Dünən, 22:43

Nelson Semedo "Fənərbağça"ya transfer olunur

Futbol
Dünən, 22:28

Qurban Qurbanov "Şelburn" matçından sonra futbolçularına irad bildirməyəcəyini açıqladı

Oxşar xəbərlər