top
Qurban Qurbanov: Avrokuboklarda daha yaxşı nəticələr gözləyirik Idman.biz
30 iyul 2025, 23:05
- ↺ +

Qurban Qurbanov: Avrokuboklarda daha yaxşı nəticələr gözləyirik

"Futbolçularımı təbrik edirəm. Növbəti mərhələyə keçdik, iki qələbə qazandıq. Bu gün tam razı qaldığım məqamlar olmadı. Ancaq futbolçulara bir o qədər də irad bildirə bilmədim. Çünki öz optimal formalarından uzaqdırlar. Sadəcə onların yanında olub, bəzi çatışmazlıqları aradan qaldırmalıyıq. Rəqib ciddi komandadır, məğlub olmağı xoşlamır. Bu gün də bunu gördük. İrlandiyadakı oyunda uduzsalar da, burada çox motivasiyalı, istəkli idilər. 1:0-dan sonra üzərimizə gəldilər, əl çəkmədilər. Möhtəşəm azarkeşlərimiz var idi. Onları hər zaman stadionda bu qədər çox xoşdur, motivasiyadır. Sabah üç komandamız oynayacaq, hər üç komandamıza uğurlar arzulayıram. Allah qoysa, sərfəli nəticələr qazanarlar".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşündə "Şelburn" üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edərkən deyib.

- Yeni oyunçuların adaptasiyası necə gedir?

- Normaldır. Məşqlərdə pis deyillər. Düzdür, texniki və fiziki tam hazır deyillər. Amma bir neçə oyun lazımdır ki, adaptasiya olsunlar. Amma vacib odur ki, kollektivə uyğunlaşsınlar, nə qədər futbolçularla dialoqda olsalar, oyuna girmək asan olur. Normaldır.

- Kadi Borges yenidən vinger kimi oynayacaq, yoxsa bugünkü kimi orta sahədə oynayacaq?

- Kadi universal futbolçudur. Hətta onun kareyrasında bu mövqedə oynayıb, sonradan hücumameyilli olub. Həm rəqibə uyğun, həm bizə lazım olan anlarda istənilən mövqedə oynayır. Bu cür oyunçuların faydası çoxdur.

- Marko Yankoviçin yoxluğu hiss edilirdi?

- Yankoviç digərləri kimi bizim vacib oyunçularımızdan biridir. Amma əfsuslar olsun ki, futbolda zədə, cəza olur. Olmayanda, digər futbolçular bu mövqedə oynamağa hazırdırlar. Hər bir futbolçunun sağlam olması həm mənim məşq prosesimi yaxşılaşdırır, həm də oyuna hazırlığımı asanlaşdırır. Allah qoysa, tez bir zamanda dönəcək, öz mövqeyində yəqin ki, oynayacaq. Kadi Borges Yankoviçin mövqeyində oynayırdı. Digərləri də orta sahədə faydalı iş gördülər.

- Əcnəbi hücumçu gələcək?

- Bu gün əlimizdə konkret xəbər yoxdur. Şablon cavab verəcəm. Çox istəyirik ki, bir neçə futbolçu dəvət edək. Son transfer pəncərəsinə kimi çalışacağıq ki, transfer edək. Buna ehtiyacımız var. Futbolçu sayı baxımından və keyfiyyət baxımından. Olmasa da, indiki oyunçularımızdan razıyam. Sadəcə bu gün ən azından KL-ın qrupunu təmin etdik. Futbolçu sayı, özü də keyfiyyətli futbolçu sayı çox lazım olacaq ki, avrokuboklarda da tempimizi qoruyaq. Transferləri mütləq etmək istəyirik.

- Tahir Gözel dedi ki, 10 nömrə və mərkəz hücumçusu transfer etmişik. 3-cü tura qədər Bakıya gələcəklər?

- Etmişik deyir? Yox, etməmişik.

- "Qarabağ"da penaltilərlə bağlı sindrom qalıb. Kadi Borges fərqlənə bilmədi...

- Bəlkə də qapıçını aldatmaq istəyirdi, qapıçı onu aldatdı. Penalti o dərəcədə heç birin futbolçunun üzərinə gedəsi element deyil. Ən böyük oyunçular da penalti qaçırıblar. Bizim yaxşı penalti vuran oyunçularımız var. Toral Bayramov 15 penaltini bəlkə dalbadal vurub. Kadi çempionat oyununda da vurmamışdı. Amma əvvəllər vurub. Bəlkə hesab 0:0 olsaydı, vuracaqdı. Qapıçıları da nəzərə almaq lazımdır.

- Kevin Medina sarı vərəqdən sonra əvəzlədiz. Yeni transferi yoxlayırdız?

- Mmaeyə şans yaratmaq istəyirdik. Həm də Medinanı riskə atmaq istəmədik. Rəqibin oyun üslubu elədir ki, hücumçu hündürboyludur, istər-istəməz sarı vərəqə almaq ehtimalı çox idi. Həm də Mmaeyə şans yaratdıq.

- "Qarabağ" tam gücü ilə oynadı, yoxsa əsas gücünü növbəti oyunlara saxladı?

- Belə bir şey yoxdur ki, tam gücümüz olsun, hamısından istifadə etməyək. Sadəcə hazırlıq o səviyyədə deyil. Lazımı qədər güc sərf etdik.

- 12-ci ildir ki, ardıcıl avrokubokda müntəzəm mövsümə vəsiqə qazanır. Bu mövsüm "Qarabağ"dan nə gözləyək?

- 12 ilin olması stabillikdir. Həm çempionatda, həm avrokuboklarda biz daha artığını istəyirik. Əgər şansımız varsa, bundan istifadə edəcəyik, hazırlaşacağıq. Hər bir halda qruplarda oynamaq neçə ölkənin futbolunun burada canlı görmək deməkdir. Futbolu Azərbaycanda sevdirmək, insanları yaxşı istirahətə cəlb etmək yaxşıdır. Məğlubiyyətlər olsa da, hamı gəlir cəm şəkildə birlikdə olur, Azərbaycan, "Qarabağ" deyə qışqırırlar. Hələ nə qədər oyun olacaq. Gələcək futbolun inkişafı üçün böyük təkan və motivasiyadır. Həm də, yaxşı, gənc uşaqların futbola cəlb olunması üçün motivasiyadır. Ailələrin uşaqları futbola göndərməsi üçün yaxşı motivasiaydır. Nəticələrə qaldıqda, payızda bilmirəm nə deyə bilərik. Çalışacağıq ki, keçən mövsümkündən daha yaxşı çıxış edək. Asan deyil. Avropada futbol çox inkişaf edib. Çempionatda oyunlar belə atmosferdə olsa, yaxşı meydançada olsa, inkişafımız birə-beş artacaq. Çox azarkeş futbolun 50 faiz gözəlləşməsi və inkişafının sürətlənməsidir.

- Patrik Andrade maddi məsələdə razılıq əldə olunmadı, yoxsa necə?

- Hansısa səbəb demək düzgün çıxmaz. Səbəb yoxdur. Andrade mənim düşündüyümü futbolu yaxşı icra edənlərdən biridir. Bəzən komandada hansısa yenilik lazım olur, bəzi detallarda dəyişiklik lazım olur. Andradedən oyunundan,davranışdan razı deyildim demək, doğru deyil. Əksinə ən razı olduqlarımdan biri idi. Sadəcə bəzən belə qərarlar da olur.

- Ötən ay komanda Ağdama səfər etdi. Allahverdi Bağırovun məzarı ziyarət edilməmişdi. Niyə bu ziyarət olunmadı? Şəxsi olaraq ziyarət etmisiz?

- Etməmişəm. Orada sıx qrafik tutulmuşdu. Dəqiqələr də, bölünmüşdü. Həm hazırlığın sıx anında səfərə getdik. Məqsəd kuboku ora aparmaq idi. Bir neçə şəhərdə görüşlər keçirdik. Proqramımızda məzarın üzərinə getmək ayrılmamışdı. Amma həmişə onu yad edirik, bizim qəhrəmanımızdır, ürəyimizdədir. Mənim xüsusən belə insanlara çox böyük dəyər verirəm. Bəlkə onu sala bilərdik proqrama. Bizi də düzgün başa düşün. Yəqin ki, çalışarıq onu da edək.Hər bir halda burdan ora aparmaq, yol getmək, yorğunçuluq oldu, görüşlər etdik. Hətta son görüşümüzdə Füzuliyə döndük, vaxtımız yox idi. Dörd şəhərdə olduq. Füzulidə daha geniş görüşümüz olacaqdı, sadəcə təyyarə gözləyirdi. Sabah artıq məşqimiz olacaqdı. Ona görə bizi düzgün başa düşün. Bizdən küsməyin, narazı olmayın. Nə görmətsizlikdir, nə də başqa şey.

- Sabah klublarımız avrokuboklarda oynayacaqlar. Proqnozlarınız necədir?

- Proqnoz verməyi xoşlamıram. Sadəcə çox böyük ümidlə, inamla komandalarımıza güvənirəm. İnanıram ki, yaxşı nəticələr qazanacaqlar. Dönməsələr də, biz onların yanındayıq, uğurlar arzulayıram. Ümidim böyükdür ki, səfərdən uğurla dönəcəklər.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Dünən, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Basketbol
Dünən, 20:15

Sabah Qravett'ı geri qaytarmaqda

Futbol
Dünən, 20:04

Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq”

Futbol
Dünən, 19:57

Qattuzo: "Otağa girdim, sanki morq kimi hissettim"

Futbol
Dünən, 19:51

Joze Mourino İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçildi

Cüdo
Dünən, 19:43

Azərbaycanın iki cüdo hakiminə beynəlxalq dərəcə verildi

Oxşar xəbərlər