AFFA İntizam Komitəsi "Kəpəz"i 6500 manat cərimələyib.
İdman.Biz xəbər verir ki, bu barədə Komitənin bu gün baş tutan iclasında qərar verilib.
Buna səbəb Azərbaycan Premyer Liqasında 25-ci turun "Kəpəz" - "Qarabağ" oyunundan əvvəl, matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olmasıdır.
Bu hal cari mövsümdə üçüncü dəfə təkrarlandığına görə "Kəpəz" komandası 6500 manat ziyana düşüb.