top
Qarabağın rəqibi Nyukaslda baş məşqçi qalmaqalı və çətinliklər Idman.biz
06 fevral 2026, 17:26
- ↺ +

"Qarabağ"ın rəqibi "Nyukasl"da baş məşqçi qalmaqalı və çətinliklər

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi, İngiltərənin "Nyukasl Yunayted" komandasının baş məşqçisi Eddi Hau komandadan ayrılacağı və Tomas Tuxelin yerinə İngiltərə millisinə keçəcəyi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

İdman.Biz xəbər verir ki, son uğursuz nəticələrdən sonra sosial şəbəkələrdə onun klubdakı missiyasını tamamladığı iddia edilsə də, Hau bu xəbərləri təkzib edərək hər gün klubun uğuru üçün çalışdığını bildirib.

"Bu iddialar mənim üçün sürprizdir. Hər gün işimə maksimum diqqət yetirirəm. Gələcək barədə çox düşünmürəm, sadəcə hər gün əlimdən gələni edirəm", - deyə baş məşqçi vurğulayıb.

"Sağsağanlar" üçün mövsüm asan keçmir. Komanda Liqa Kubokunun yarımfinalında "Mançester Siti"yə ümumi hesabda 1:5 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Hazırda Premyer Liqada 11-ci pillədə qərarlaşan "Nyukasl" zədə problemləri ilə də mübarizə aparır. Xüsusilə yayda 176,5 milyon dollara (300 milyon AZN) "Liverpul"a satılan Aleksander İsakın yoxluğu hücum xəttində ciddi hiss olunur. Klubun yeni transferlərə xərclədiyi 219 milyon funt-sterlinq (507 milyon 269 min 700 AZN) isə hələ ki, gözlənilən nəticəni verməyib.

Buna baxmayaraq, Eddi Hau komandasının hələ də mübarizəni davam etdirdiyini xatırladıb.

Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 23:59-da İngiltərədə baş tutacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:20

"İbrahim Maza Bayern-in transfer siyahısında yeganə oyunçu deyil"

Futbol
Bu gün, 00:20

Luka Dancelo: Mezzotero çox yetkin futbolçudur

Futbol
Bu gün, 00:10

"Çelsi" Malo Qustonun yanvarda komandanı tərk etməsinə mane olmayacaq

Futbol
Bu gün, 00:00

"Brentford" 89 il sonra "Mançester Yunayted"i Old Trafford-da məğlub etdi

Futbol
Dünən, 23:55

"Bayern" "Hamburq"la 0:0 heç-heçəyə imza atdı

Futbol
Dünən, 23:53

"İnter" Bastoninin qış transferini istəmir – Klub müdafiəçini satmaq amacında deyil

Futbol
Dünən, 23:48

Abdallah Sima 12 ildən sonra Fransa çempionatında bir oyunda beş qol vurdu

Futbol
Dünən, 23:40

Dambrauskas: Azərbaycanda qlobal problemlərdən biri stadionlarda azarkeşlərin çatışmazlığıdır

Futbol
Dünən, 23:40

Karvan‑Yevlaxın çempionluq şansı yüksəkdir

Formula 1
Dünən, 23:33

«Corc Rassell Qətər Qran-prisinin sıralanma turunda birinci oldu»

Qarabağ FK
Dünən, 23:20

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Polissya klubunda ilk mövsümdə 1,1 milyon dollar qazanacaq

Futbol
Dünən, 23:10

Latsio A Seriyasında 13 Oyundan Məğlubedilməz Çıxır, Liderliyi Qoruyur

Qarabağ FK
Dünən, 23:07

"Sabah"ın baş məşqçisi Premyer Liqadakı hakimliyə görə "Çempionlar Liqası" ilə bərabər tutmayacağını bildirib

Futbol
Dünən, 23:00

Abdullah Sima "Anje" qarşısında 38 dəqiqəyə penta-trik edib

Futbol
Dünən, 22:56

Dambrauskas «Sabah»ın «Araz‑Naxçıvan»a qalibiyyətini və stadionlardakı boşluqları şərh edib

Futbol
Dünən, 22:42

Mançester Yunayted antirekord müəyyənləşdirib

Futbol
Dünən, 22:42

Mançester Yunayteddə uğursuz nəticələr klub rəhbərliyinin mövqeyini sarsıdır

Futbol
Dünən, 22:30

"Sabah"ın baş məşqçisi Dambrauskas "Araz-Naxçıvan" məğlubiyyətindən sonra hakimlik qərarlarını tənqid etdi

Digər
Dünən, 22:27

MotoGP Valensiya mərhələsində Markesin motosikleti sprint yarışının startından əvvəl alovlandı

Futbol
Dünən, 22:25

"Bavariya" Bundesliyada "Hamburq"la qolsuz heç-heçə etdi

Futbol
Dünən, 22:20

Rüfət Abdullazadənin komandası 1:0 məğlubiyyətə məruz qaldı

Futbol
Dünən, 22:20

Yarımmüdafiəçi Sabuhi Abdullazadə karyerasını bitirməkdən qurtuldu, Sumqayıtın ikinci komandasında döndü

Futbol
Dünən, 22:18

Abdalla Sima "Anje"də beş qol vuraraq "Lans"ı qələbəyə daşıdı

Cüdo
Dünən, 22:12

"Yeniyetmə cüdoçularımız Yaponiyada üç həftəlik hazırlığı başa vurdu"

Oxşar xəbərlər