top
Qarabağın mətbuat xidmətinin rəhbərinə UEFA diplomu verilib Sport24.az
12 may 2025, 18:00
- +

"Qarabağ"ın mətbuat xidmətinin rəhbərinə UEFA diplomu verilib

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev UEFA Akademiyasının təşkil etdiyi Strateji Kommunikasiyalar üzrə Kompakt Kursunda (UEFA SCCC) iştirak edib. Sport24.az xəbər verir ki, xidmət rəhbəri seçimlər əsasında qatıldığı proqramın 6-cı buraxılışını uğurla tamamlayıb.

 

Avropa futbol qurumunun Nyon şəhərində yerləşən Baş qərargahında keçirilən təlimlərin yekununda Hacıyevə UEFA-nın diplomu təqdim olunub.

 

Dörd gün davam edən kurs çərçivəsində iştirakçılar müxtəlif sahələri əhatə edən intensiv sessiyalarda bilik və təcrübələrini artırıblar. Kurs zamanı strateji kommunikasiya planlaşdırılması və taktiki aktivasiya, böhran vəziyyətlərində kommunikasiya və simulyativ mətbuat konfransı, futbolda süni intellektin rolu, həmçinin rəqəmsal platformalarda kreativliyi mövzuları müzakirə olunub, fikir mübadilələri aparılıb.

 

Nyonda təşkil olunan bu nüfuzlu və intensiv kursa "Qarabağ"la yanaşı, Avropanın aparıcı futbol klublarının, federasiyalarının media və kommunikasiya rəhbərləri də qatılıblar. "Arsenal", "Atletiko" kimi klubların, həmçinin La Liqa nümayəndələrinin çıxışları maraqla qarşılanıb və fikir mübadilələri ilə davam etdirilib. Təlimlər zamanı dünyanın müxtəlif ölkələrindən olan peşəkar kommunikasya mütəxəssisləri də fikir və təcrübələrini klub nümayəndələri ilə paylaşıblar.

 

Hacıyevin tədbirdə iştirakı daim təkcə meydanda deyil, bütün istiqamətlərdə fəaliyyətə, xüsusilə təhsil sahəsinə böyük önəm verən klubumuzun dəstəyi ilə gerçəkləşib. Məhz bunun nəticəsidir ki, "Qarabağ"ın müxtəlif departamentlərinin nümayəndələri dəfələrlə dünya və qitəmiqyaslı təlimlərdə, tədbirlərdə ölkəmizi təmsil ediblər.

 

Qeyd edək ki, Hacıyev ötən ay Avropa Klublar Birliyinin (ECA) Azarkeşlərlə İş üzrə İşçi qrupuna (Fans Working Group) üzv seçilib. O, 2023–2027-ci illəri əhatə edən dövrdə sözügedən İşçi qrupda fəaliyyət göstərəcək.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:59

"Sent-Etyen" İbrahima Vadji ilə vidalaşdı, "Turan Tovuz"a uğurlar arzuladı

Basketbol
Bu gün, 18:56

"Abşeron Lions" Litvalı Basketbolçu Gediminas Oreliki Transfer Etdi

Basketbol
Bu gün, 18:35

"Abşeron Lions" "Beşiktaş"ın sabiq basketbolçusu Gediminas Oreliki transfer edib

Futbol
Bu gün, 18:31

Verratti Messinin PSJ-yə transferinin sehrli gecə hekayəsini danışdı

Futbol
Bu gün, 18:29

"Spartak" "Fənərbaxça" və "Qalatasaray"ın müdafiəçilərini icarəyə götürmək istəyir

Futbol
Bu gün, 18:14

Vəli Qasımov: Bəzi futbolçuların gedişi "Zirə"nin "Hayduk"la oyununa təsir etdi

Futbol
Bu gün, 18:11

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində kadr dəyişikliyi baş verib

Futbol
Bu gün, 17:58

"Karvan-Yevlax" U-16, U-17, U-19 və Əvəzedicilər Liqasında 2025/2026 mövsümündə iştirak etməyəcək

Futbol
Bu gün, 17:55

Urfan Abbasov "Omoniya" ilə oyunlar haqqında danışdı: "Oyunlarını dəfələrlə izləmişik"

Futbol
Bu gün, 17:40

"Şkendiya" "Qarabağ"ın azarkeşləri üçün 1000 yer ayırıb

Futbol
Bu gün, 17:38

Bruno Franko: "Aris"lə oyun, "Omoniya" ilə görüş və "Araz-Naxçıvan" üçün fədakarlıq - MÜSAHİBƏ

Futbol
Bu gün, 17:23

Namik Ələskərov yenidən Türkiyə legioneri ola bilər

Futbol
Bu gün, 17:16

Vəli Qasımov: Futbolçuların ayrılması "Zirə"yə mənfi təsir etdi və "Zirə"nin "Hayduk"la oyununda uğursuzluğa səbəb oldu

Voleybol
Bu gün, 17:11

"Azəryol" baş məşqçisi Aleksandr Revva ilə müqaviləni uzadıb

Futbol
Bu gün, 17:04

Əliyar Ağayevə Avropa Liqasında təyinat

Olimpiada
Bu gün, 17:02

Rusiyalı idmançılar Dünya Oyunlarının açılışında iştirak etməyəcəklər

Futbol
Bu gün, 17:00

Urfan Abbasov: "Omoniyanın oyunlarına dəfələrlə baxmışıq, hər iki matç çətin olacaq"

Gimnastika
Bu gün, 17:00

FIG Dünya Oyunlarında Azərbaycan və Yaponiya Aerobika Cütlükləri Arasında Rəqabət Gözləntisi

Futbol
Bu gün, 16:45

Elçin Məsiyevə "ÇFR Kluj" - "Braqa" oyununa baş hakim təyinatı

Güləş
Bu gün, 16:40

U-17 Dünya Çempionatı: Sərbəst Güləşçilərimizdən İkisi Yarımfinalda

Futbol
Bu gün, 16:40

"Levski" - "Sabah" oyununa biletlərin qiyməti və satış şərtləri açıqlanıb

Futbol
Bu gün, 16:40

"Levski" - "Sabah" oyununa biletlərin qiyməti açıqlanıb

Futbol
Bu gün, 16:37

"Şkendiya" - "Qarabağ" matçı üçün vauçerlərin satışına başlanılır

Digər
Bu gün, 16:23

Azərbaycan Qış İdman Növləri Federasiyası Veronika Jilinanın milliyə buraxılmamasına münasibət bildirib

Oxşar xəbərlər