top
Qarabağın Çempionlar Liqası Rəqibləri: Tanışlar və Yeni Sınaqlar Idman.biz
28 avqust 2025, 23:00
- +

"Qarabağ"ın Çempionlar Liqası Rəqibləri: Tanışlar və Yeni Sınaqlar

UEFA Çempionlar Liqasının bu gün keçirilən püşkatmasında "Qarabağ"ın rəqibləri bəlli olub.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsində 4-ü səfərdə və 4-ü evdə olmaqla 8 oyun keçirəcək.

Ağdam klubunun bəxtinə İngiltərə və İtaliya kimi ölkələrin çempionları - "Liverpul" və "Napoli" düşüb. Bundan başqa, az əvvəl təşkil olunan klublarası dünya çempionatının qalibi "Çelsi" də komandamızla qarşılaşacaq.

Püşkün nəticəsinə "Qarabağ" evdə "Çelsi", "Ayntraxt", "Ayaks" və "Kopenhagen"lə üz-üzə gələcək. Artıq Qurban Qurbanovun komandasının yolu bu rəqiblərlə avrokuboklarda kəsişib. Ağdam klubu Çempionlar Liqasında vəsiqə qazandığı 2017/2018 mövsümündə "Kopnhagen"lə pley-offda qarşılaşmış və iki oyunun nəticəsinə görə səfər qolu hesabına qruplarda oynamaq hüququ əldə etmişdi (1:0, 1:2). Qrupda isə "Çelsi" "Qarabağ"a rəqib olmuş, londonlular iki oyunda komandamızın qapısından 10 cavabsız top keçirmişdilər (0:4, 0:6).

Ağdam təmsilçisi "Ayntraxt"la 12 il əvvəl Avropa Liqasının 2013/2014 mövsümündə pley-offda qarşılaşıb. Qrupa gedən yolun son sınağında almanlar 2:0 və 2:1 hesabları ilə üstün olaraq, "Qarabağ"ı mübarizədən kənarlaşdırıblar.

"Ayaks"la isə ötən mövsümdə Avropa Liqasının əsas mərhələsində yolumuz kəsişib. Qurban Qurbanovun yetirmələri Bakıda keçirilən görüşdə 0:3 hesabı ilə uduzublar.

"Qarabağ"ın səfərdə qarşılaşacağı "Liverpul", "Benfika", "Napoli" və "Atletik" isə çempionumuza ilk dəfə rəqib olublar.

Liqa mərhələsində sentyabrın 16-da start veriləcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
02 sentyabr 2026, 12:27

2026-cı ilin yay transfer pəncərəsi: Milyardlarla dolu, Premyer Liqa liderliyi və yeni coğrafiyalar

Futbol
02 sentyabr 2026, 12:20

Al‑Ittihad və Diriyah klubları Aston Villa ulduzu Leon Bailey‑ni transfer etmək istəyir

Digər
02 sentyabr 2026, 12:15

Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı 4‑6 sentyabr tarixində keçiriləcək

Futbol
02 sentyabr 2026, 12:03

Tyerri Anri: Barkola sürəti ilə ciddi silaha çevrilə bilər

Futbol
02 sentyabr 2026, 12:00

Samir Əliyev: Komandaların real gücünü dəyərləndirmək üçün ən azı 7-8 oyun tələb olunur

Futbol
02 sentyabr 2026, 11:40

Everton Jordan Tezeni Monakoya köçürə bilməyəcək

Futbol
02 sentyabr 2026, 11:39

“Sabahın Ulduzları” U-14 Bakı Kubokunda səkkizinci turu 4:1 hesabı ilə tamamladı

Futbol
02 sentyabr 2026, 11:20

Manchester United müdafiəsini gücləndirmək üçün addımlar atır

Futbol
02 sentyabr 2026, 11:10

Aqil Nəsibov “Şəfa”dan ayrıldı, “Şahдаğ Qusar”a yarımmüdafiəçi kimi qatıldı

Futbol
02 sentyabr 2026, 11:00

Karvan‑Yevlax yeni yarımmüdafiəçi ilə müqavilə imzaladı

Futbol
02 sentyabr 2026, 10:41

İkinci Liqada birinci turun son üç matçı bu gün 17:00‑da keçiriləcək

Futbol
02 sentyabr 2026, 10:40

Arsenal, Martin Subimendi'nin Çelseyə keçməsinə “yox” dedi

Futbol
02 sentyabr 2026, 10:20

Liverpool, Chelsea müdafiəçisini icarəyə götürmək istədi, razılaşma əldə olunmadı

Digər
02 sentyabr 2026, 10:14

Avarçəkmə və kanoe çempionatının ilk günü qalibləri müəyyənləşdirildi

Futbol
02 sentyabr 2026, 10:00

Zirə klubu Portuqaliyaya 150 min avro dəyərində transfer planlaşdırır

Digər
02 sentyabr 2026, 09:50

Bakıda Aquatic Palace Mini Su Polosu Festivalı keçirilib: 10 komanda yarışdı

Futbol
02 sentyabr 2026, 09:40

Dani Sebalyos Realdan ayrıldı, Betisə imza atdı

Futbol
02 sentyabr 2026, 09:23

Messi Argentina milli komandası rekordlarını ikiqat artırdı

Futbol
02 sentyabr 2026, 09:23

“Baku Sportinq”dən “Karvan-Yevlax”a İlkin Muradov qoşuldu

Futbol
02 sentyabr 2026, 09:20

Harvi Elliott "Liverpul"dan Valensiyaya keçdi

Futbol
02 sentyabr 2026, 09:08

Barselona iki futbolçusunun Antverpenə və Venesiya’ya keçidi açıqlanıb

Futbol
02 sentyabr 2026, 08:40

Botafogo, Mateus Martinsın transferi üzrə Moskva Dinamo’ya məhkəmə iddiası qaldırır

Futbol
02 sentyabr 2026, 08:20

Avropanın aparıcı liqalarında yay transfer pəncərəsi bağlandı

Futbol
02 sentyabr 2026, 08:00

Manchester City, Enzo Fernández’in 145 milyon avroluq transferini həyata keçirdi

Oxşar xəbərlər