top
Qarabağ və Deloitte Azərbaycan əməkdaşlığa başladı Sport24.az
05 sentyabr 2025, 23:41
- +

"Qarabağ" və "Deloitte Azərbaycan" əməkdaşlığa başladı

"Qarabağ"la "Deloitte Azərbaycan" arasında Anlaşma Memorandumu imzalanıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Ağdam təmsilçisinin Suraxanı qəsəbəsində yerləşən "Azersun Arena"dakı təlim-məşq bazasında baş tutan tədbirdə memorandumu "Qarabağ"ın prezidenti Tahir Gözel və "Deloitte" şirkətinin Azərbaycandakı ofisinin İdarəedici Partnyoru Nuran Kərimov imzalayıblar. Klubun prezidenti Kərimova "Qarabağ"ın formasını hədiyyə edib.

 

Bu əməkdaşlığın əsas məqsədi "Qarabağ"ın inkişafı üçün müxtəlif peşəkar xidmətlərin göstərilməsi, idarəetmə, strateji planlaşdırma və dayanıqlılıq istiqamətlərində dəstək verməkdir. İmzalanmış memorandum beynəlxalq arenada mövqeyini möhkəmləndirməyə, klubun idarəetmə təcrübələrini qlobal standartlara uyğunlaşdırmağa və gələcək inkişafına mühüm töhfə verməyə xidmət edir.

 

Tədbirdə çıxış edən Tahir Gözel klubun son dövrlərdəki fəaliyyətini qeyd edib: "COP29 çərçivəsində "Qarabağ" Futbol Klubu olaraq mühüm addımlar atdıq. Həmin yolun nəticələrini bölüşmək istərdim. Əvvəla, COP29 zamanı klubumuzun təşəbbüsü ilə Football Clubs Alliance for Climate təsis olundu. Bu alyans "Qarabağ"ın dəvəti və təşəbbüsü ilə, COP29 Sədrliyi və UNFCCC-nin dəstəyi, həmçinin ECA ilə birgə təşkilatçılıqla gerçəkləşdi. Alyansda "Liverpul", "Tottenhem", "Atlétiko Madrid", "Real Betis", "Fənərbaxça", "Qalatasaray", "Udineze", "Porto", "Flamenqo" və "Malmö" kimi dünya futbolunun aparıcı klubları "Qarabağ"la birlikdə iştirak etdilər. Bu klublar iqlim dəyişikliyi və dayanıqlılıq üzrə təcrübələrini bölüşdülər və birgə fəaliyyət üçün bəyannamə imzaladılar. Eyni zamanda "Qarabağ" BMT-nin "Sports for Climate Action" təşəbbüsünə rəsmi tərəfdaş qəbul olundu və bununla da regionda UNFCCC-yə üzv olan ilk futbol klubu statusunu qazandı. Bu üzvlük bizə "Race to Zero" kampaniyasına qoşulmaq imkanı yaratdı. Bu çərçivədə klubumuz aşağıdakı öhdəlikləri qəbul etdi: 2030-cu ilə qədər karbon emissiyalarını ən azı 50% azaltmaq, 2040-cı ilə qədər sıfır emissiyaya çatmaq, illik iqlim hesabatlarını ictimaiyyətə açıqlamaq, 12 ay ərzində konkret fəaliyyət planı təqdim etmək".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:49

Milan, Chelsea və Arsenalın sabiq oyunçusunu icarəyə götürdü

Futbol
Bu gün, 00:49

AC Milan, Nottingham Forestdan Omari Hutchinsonu icarəyə götürdü

Futbol
Bu gün, 00:10

Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” Albaniya çempionatında ikinci ardıcıl qələbəni qazandı

Basketbol
Dünən, 23:45

“Sabah” basketbol komandası “London Lions” ilə sınaq oyununda üz-üzə gələcək

Basketbol
Dünən, 23:45

“Sabah” basketbol komandası 3 sentyabrda Litvanın Kaunas şəhərində “London Lions”la qarşılaşacaq

Basketbol
Dünən, 23:45

“Sabah” basketbol komandası London Lions ilə test oyununda qarşılaşacaq

Basketbol
Dünən, 23:45

"Sabah" basketbol komandası London Lions ilə sınaq oyununda görüşəcək

Basketbol
Dünən, 23:45

“Sabah” basketbol komandası London Lions ilə matç keçirəcək

Basketbol
Dünən, 23:45

“Sabah” basketbol komandası 3 sentyabrda London Lions ilə qarşılaşacaq

Basketbol
Dünən, 23:45

“Sabah” basketbol komandası London Lions ilə sınaq oyununda qarşılaşacaq

Qarabağ FK
Dünən, 23:04

Qarabağın Sumqayıt qarşısındakı 0:1 qalibiyyəti – Video

Futbol
Dünən, 23:04

Sumqayıt - Qarabağ matçının (0:1) video icmalı

Futbol
Dünən, 23:04

Sumqayıt – Qarabağ matçının (0:1) videoicması

Qarabağ FK
Dünən, 23:04

Sumqayıt – Qarabağ matçının (0:1) video icmalı

Futbol
Dünən, 23:04

Qarabağ - Sumqayıt matçının (0:1) video icmalı

Qarabağ FK
Dünən, 23:04

Qarabağın Sumqayıt qarşısındakı 0:1 qələbəsi - Video

Futbol
Dünən, 23:04

Sumqayıt – Qarabağ matçının 0:1 qalibiyyəti - Video icmalı

Futbol
Dünən, 23:04

Sumqayıt – Qarabağ matçının 0:1 qalibiyyəti video icmalı

Futbol
Dünən, 23:04

Qarabağın Sumqayıt qarşısındakı qələbəsi - Video

Qarabağ FK
Dünən, 23:04

Sumqayıt – Qarabağ matçının (0:1) video icmalı

Qarabağ FK
Dünən, 23:04

Sumqayıt – Qarabağ matçının (0:1) videoicması

Futbol
Dünən, 23:04

Qarabağın Sumqayıt qarşısındakı 0:1 qələbəsi - Video icmalı

Qarabağ FK
Dünən, 23:04

Qarabağ – Sumqayıt matçının qələbəsi (0:1) video icmalı

Futbol
Dünən, 23:04

Qarabağın Sumqayıt qarşısında 0:1 qalibiyyəti - Video icmalı

Oxşar xəbərlər