Bu gün "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"la cavab oyununa çıxacaq. Sport24.az xəbər verir ki, İralandiya təmsilçisi ilə qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Matçı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Bu komandalar arasında ilk oyunda Qurban Qurbanovun komandası 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, iki oyunun yekun nəticəsinə görə, qalib gələn komanda növbəti mərhələdə "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq. Məğlub isə "HNK Riyeka (Xorvatiya)" - "Ludoqorets" (Bolqarıstan) cütündə məyus olanla üz-üzə gələcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
30 iyul
20:00. "Qarabağ" (Azərbaycan) - "Şelburn" (İrlandiya) - 1:0 (Fasilə)
Qol: Con Martin, 44-avtoqol
Tofiq Bəhramov adına Respublika stadionu.
Baş hakim: Andrea Kolombo, Stefano Alassio, Dario Cekkoni, Kevin Bonakina (hamısı İtaliya)
VAR: Daniele Doveri (İtaliya)
AVAR: Daniele Paterna (İtaliya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun - 3:0.
Qarabağ: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Kadi Borges, Leandro Andrade, Emmanuel Addai, Abdullah Zubir, Nəriman Axundzadə
Şelburn: Vessel Spil, Kamerin Ledviq, Ceyms Norris, Samuel Bon, Lyuis Templ, Daniel Kelli, Mark Koyl, Ellis Çapman, Con Martin, Kerr Makinroy, Ademipo Odubeko