top
Qəbələnin legioneri Amoah: Bir neçə həftəyə daha yaxşı Qəbələ görəcəksiniz Idman.biz
30 avqust 2025, 16:10
- ↺ +

"Qəbələ"nin legioneri Amoah: "Bir neçə həftəyə daha yaxşı "Qəbələ" görəcəksiniz"

"Qəbələ"nin yeni legioneri İsaak Amoahın Sportinfo.az-a müsahibəsi

- "Zirə" ilə oyuna sürətli başladınız, hesabı açdınız, bir neçə qol epizodu yaratdınız. Məğlubiyyətin səbəbini nədə görürsən?

- İlk hissənin ilk yarısını pis keçirmədik. Lakin son 15 dəqiqədə bəzi səhvlərə yol verdik deyə, rəqib bundan ustalıqla yararlandı. Əlimizdən gələni etdik, mübarizə apardıq. Dediyim kimi, kiçik səhvlərə görə uduzduq. Səhvlərimiz üzərində işləməliyik.

- "Zirə"ylə "Qəbələ"nin arasında bütün mənalarda böyük fərq var. Minimal hesablı məğlubiyyıəti heç-heçəyə bərabər tutmaq olar?

- "Zirə"nin heyətində həqiqətən təcrübəli futbolçular var. Belə olduğu halda onlardan geri qalmamağa çalışırdıq. Hətta bəzi anlarda üstün görünürdük. Qol epizodlarında bəxtimiz gətirsəydi, məcazi yox, həqiqi mənada heç-heçədən danışa bilərdik. Bir neçə həftə birlikdə oynayandan sonra daha yaxşı "Qəbələ" görəcəyinizə söz verirəm.

- Heyətinizdəki gənc futbolçuların sayı kifayət qədərdir. Onların səhvə yol verməsi digər futbolçuların qəzəblənməsinə səbəb olur?

- 18-20 yaşlı futbolçuların xətalar etməsi normaldır. Özüm də o yolu keçmişəm. İnsan öz səhvləri üzərində öyrənir. Xüsusən bu cür təcrübəli komandalara qarşı həyəcanın olması səhvlərə yol açır. Bir də ki, səhvi təkcə gənclər etmir, ən təcrübəli futbolçuların da başına gəlir.

- Komandanın yeni futbolçularla güclənməsi sual altındadır. Bu heyətlə Premyer Liqadakı yeri qorumaq mümkün görünür?

- Heyətin necəliyindən asılı olmayaraq qarşımızda dayanan bir nömrəli hədəf budur. Məqsədimizə çatmaq üçün meydanda canımızı qoymalıyıq. Mövsüm yeni başlayıb, qarşıdakı aylarda çox şeylər baş verəcək. Futbolçu yoldaşlarımın bacarığına və xarakterinə bələdəm. Hədəfin öhdəsindən gələcəyimizə inanıram.

- Azərbaycan elitasında oynamaq çətindir?

- Premyer Liqa yüksək kateqoriya deməkdir. Bu adın özündə böyük məna var. Çempionatda güclü komandalar və keyfiyyətli futbolçular cəmlənib. Çətin olmağına çətindir. Lakin mən işin çətinliyi barədə yox, bunun öhdəsindən gəlmək barədə düşünürəm. Elə etməliyəm ki, "Qəbələ"yə fayda verim.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:30

PSJ‑nin 12 nailiyyəti və 7 komanda rekordu Guinness Rekordlar Kitabına daxil edildi

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Futbol
Bu gün, 10:30

Bundesliqada məğlub olmayan iki lider və rekord yarışı

Qarabağ FK
Bu gün, 10:23

Zirə – Qəbələ: 7 noyabr 18:30, Premyer Liqası 11. tur

Futbol
Bu gün, 10:15

Amed, Galatasarayın taxtını qorumağa çalışır, Manchester City təzyiq altında

Gimnastika
Bu gün, 10:05

Selcan Mahsudova batut gimnastikası üzrə Dünya çempionatında finala yüksəldi

Futbol
Bu gün, 10:00

Neftçi Legioneri: Mövsümün Sonunda İstəyimizə Çatacağıq

Futbol
Bu gün, 09:54

Ronaldo binqodan, Foden balıq tutaraq, Xavi göbələk yığaraq – futbol ulduzlarının maraqlı hobbiləri

Digər
Bu gün, 09:48

Əli Ataşov IMMAF Dünya Çempionatında Bürünc Medal Qazandı

Futbol
Bu gün, 09:41

Azərbaycan qadın milli komandası UEFA Millətlər Liqası üçün oyun təqvimi açıqlanıb;

Futbol
Bu gün, 09:40

Portuqalı ulduz futbolçu Nani Aktobe klubundan ayrıldı

Futbol
Bu gün, 09:28

Villan Paço Barselona transferi istəyir, amma məşqçi Luis Enrike qarşıdır

Futbol
Bu gün, 09:20

Bayern Münich 18 yaşlı Polşalı sol cinah oyunçusu Oskar Pituşevskiyi transfer radarına aldı

Qarabağ FK
Bu gün, 09:00

Zirə Qəbələ'yi 11-ci Turda Qonaq Eder

Futbol
Bu gün, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi;

Futbol
Bu gün, 08:40

Ronaldo, Portuqaliya millisinin vida matçına dəvəti rədd etdi

Qarabağ FK
Bu gün, 08:20

“SOCAR Polymer Arena”da Şəfa ilə Araz‑Naxçıvanın dueli

Futbol
Bu gün, 08:12

Messi Argentina klubuna qayıtmaq şansını rədd edir

Futbol
Bu gün, 08:00

Neymarın atası Santos klubunun baş meneceri təyin edildi

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Oxşar xəbərlər