top
Araz-Naxçıvanın baş məşqçisi UEFA ÇL-dəki oyunlar və komandanın hazırlığı haqqında danışıb Report.az
30 avqust 2025, 15:30
- +

"Araz-Naxçıvan"ın baş məşqçisi UEFA ÇL-dəki oyunlar və komandanın hazırlığı haqqında danışıb

"Araz-Naxçıvan"ın futzalçıları UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirdikləri ilk iki matçda bütün tapşırıqları yerinə yetiriblər.

Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Yevgeni Kukseviç deyib.

Mütəxəssis ilkin mərhələnin sonuncu matçında qarşılaşacaqları Avstriyanın "Ljuti Krajişniçi" komandasını təhlil etdiklərini bildirib:

"Keçirilən hər iki oyunda komanda qarşıya qoyulan vəzifələri və bütün tapşırıqları istədiyim şəkildə yerinə yetirdi. Ona görə də lazımi nəticələri qazandıq. Komandada bir neçə gənc oyunçu var və oyunlarda şans qazandılar. Güman edirəm ki, özlərini yaxşı tərəfdən göstərə bildilər. Avstriya komandasının oyunlarına baxmışıq və müəyyən təhlillər aparmışıq. Məni daha çox öz komandam maraqlandırır. Çünki rəqib aldadıcı futbol da oynaya bilər. Rəqibi izləyirəm, amma öz fikirlərim var və komandamın necə oynayacağı haqqında düşünürəm. Öz strategiyamız var, istənilən rəqibə qarşı yalnız hücum futbolu və qələbə əzmi ilə çıxmalıyıq".

Rusiyalı məşqçi ilk oyunlarda qazandıqları qələbələrin futzalçılarda arxayınlıq yaratmayacağını düşünür:

"İlk iki oyunda qazandığımız qələbələrin oyunçularda arxayınlıq yaradacağını düşünmürəm. Çünki hər biri ilə individual şəkildə söhbətlərim olur. Turnirin, nəticənin əhəmiyyətini onlara başa salıram. Biz yalnız "Araz Naxçıvanı" deyil, ümumiyyətlə Azərbaycan futblonu təmsil edirik. Fikrimcə, bütün oyunçular bunları başa düşür. Avstriya çempionu ilə oyunda istədiyimiz nəticəyə nail olmağa çalışacağıq".

O, komandanın taktikanın mənimsənilməsində çətinlik yaşadığını bildirib:

"İşimizin çətin tərəfi odur ki, komanda yenidən qurulur və bu da taktikamın mənimsənilməsində bir az çətinlik yaradır. Çünki vaxtımız az idi. Amma yeni oyunçular yaxşı səviyyədə olduğuna görə mənimsəmə baxımından problem yaranmadı. Yerlilərdən Xəzər, Ülvi və keçən ilki heyətimizdən qalan Covani ilə Karlos bu baxımdan önəmli rol oynadılar. Güman ki, bu turnirdən sonra tədricən məşqlərimiz intensivləşəcək və yeni oyunçular da taktikamı lazımi səviyyədə mənimsəyəcəklər. Meydana sadəcə qələbə üçün çıxırıq. Yəni başqa nəticəmiz ola bilməz. Tapşırıq yalnız və yalnız rəqibdən asılı olmayaraq qələbə qazanmaqdır. Hər oyunda müəyyən taktiki gedişlər və dəyişikliklər edirik. İnanıram ki, bu, öz bəhrəsini verəcək. Yaradılan şəraitə görə rəhbərliyə təşəkkür edirəm. Bütün ehtiyaclarımızı qarşılayıblar və lazımi şəraiti yaradıblar".

Qeyd edək ki, Naxçıvan təmsilçisi yer aldığı F qrupunda daha əvvəl Şimali İrlandiyanın "Sparta Belfast" klubunu 9:1, Şotlandiya təmsilçisi "PYF Saltires"i isə 7:2 hesabı ilə məğlub edib.

Komanda bu gün sonuncu matçını Avstriya çempionu "Ljuti Krajişniçi"yə qarşı keçirəcək.

"Araz-Naxçıvan" klubu   UEFA Çempionlar Liqası   futzal   Azərbaycan Futzal Federasiyası  
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:01

İranın DÇ-2026-dan Çıxması Halında Tətbiq Olunacaq Sanksiyalar Açıqlanıb

Futbol
Bu gün, 00:45

Argentina Futbol Federasiyası Finalissima matçının İspaniyada keçirilməsi ehtimalına münasibət bildirib

Güləş
Bu gün, 00:45

Günay Qurbanova: Ən çətin rəqib elə özüməm

Futbol
Bu gün, 00:26

Tibo Kurtua Çempionlar Liqasında ötürmə sayına görə rekordçu qapıçı oldu

Güləş
Bu gün, 00:09

Aidə Kərimova U-23 Avropa Çempionatında qızıl medal qazanıb

Futbol
Bu gün, 00:04

Holandın agenti "Barselona" şayiələrinə münasibət bildirdi

Basketbol
Dünən, 23:54

Azərbaycan Basketbol Liqasında "Ordu" "Sumqayıt"ı, "Naxçıvan" "Sərhədçi"ni məğlub etdi

Futbol
Dünən, 23:53

UEFA Avropa Liqası: "Bolonya" - "Roma" heç-heçəsi, "Portu"nun səfər qələbəsi və digər nəticələr

Futbol
Dünən, 23:48

UEFA Konfrans Liqası: "Samsunspor" "Rayo Valyekano"ya 1:3 hesabı ilə məğlub oldu

Futbol
Dünən, 23:35

Tramp İranın DÇ-2026-da iştirakını təhlükəsizlik səbəbindən uyğun hesab etmir

Futbol
Dünən, 23:24

ÇL: Federiko Valverde həftənin ən yaxşısı seçilib

Güləş
Dünən, 23:20

Güləş üzrə Azərbaycan çempionatında sərbəst və yunan-Roma güləşi üzrə bəzi çəkilərdə medalçılar və finalçılar müəyyənləşib - YENİLƏNİB + FOTO

Futbol
Dünən, 23:11

"Real Madrid" Kamavinqaya görə təklifləri nəzərdən keçirir

Futbol
Dünən, 22:56

Dembelenin agenti "Mançester Siti" ilə transfer danışıqları aparıb

Voleybol
Dünən, 22:55

Azərbaycan Yüksək Liqası: 17-ci tura yekun vuruldu, daha iki oyun baş tutdu

Futbol
Dünən, 22:41

Kilian Mbappe "Mançester Siti" ilə oyunda iştirak edə bilər

Güləş
Dünən, 22:27

U-23 Avropa Çempionatı: Günay Qurbanovadan qızıl, Gültəkin Şirinovadan gümüş, Ruzanna Məmmədova finalda - YENİLƏNİR

Minifutbol
Dünən, 22:25

"Neftçi" İK və "Araz-Naxçıvan" Futzal Yüksək Liqasında Qələbə Qazandı

Olimpiada
Dünən, 22:18

Beynəlxalq Kanoe Federasiyası rəhbərləri Sərsəng və Suqovuşan su anbarlarına baxış keçiriblər

Olimpiada
Dünən, 22:13

Beynəlxalq Kanoe Federasiyası rəhbərlərinin Sərsəng və Suqovuşan su anbarlarına səfəri

Güləş
Dünən, 22:09

U-23 Avropa Çempionatı: Günay Qurbanovadan qızıl, Gültəkin Şirinovadan gümüş medal, Ruzanna Məmmədova finalda

Güləş
Dünən, 21:42

Gültəkin Şirinova U-23 Avropa çempionatında gümüş medal qazanıb, Ruzanna Məmmədova finala yüksəlib

Futbol
Dünən, 21:34

UEFA Pedro Netunun PSJ ilə oyundakı hərəkətlərini araşdıracaq

Futbol
Dünən, 21:26

Qrem Potter İsveç millisinin baş məşqçisi olaraq qaldı

Oxşar xəbərlər