top
Qarabağ Futbol Klubu BMT-nin İqlim Fəaliyyəti üçün İdman Təşəbbüsünə Qoşulub Sport24.az
03 iyun 2025, 17:20
- +

"Qarabağ" Futbol Klubu BMT-nin "İqlim Fəaliyyəti üçün İdman" Təşəbbüsünə Qoşulub

"Qarabağ" Futbol Klubu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) həyata keçirdiyi "İqlim Fəaliyyəti üçün İdman" (Sports for Climate Action) təşəbbüsünün rəsmi tərəfdaşı olub.

 

Təmsilçimiz bu təşəbbüsə qoşulmaqla həm də BMT-nin "Race to Zero" kampaniyasının bir hissəsinə çevrilib. "Qarabağ" Paris Sazişinin məqsədlərinə uyğun olaraq idman sektorunda "sıfır karbon emissiyasına" keçidə dəstək verib.

 

Bu önəmli yeniliyə münasibət bildirən klubun prezidenti Tahir Gözel bu təşəbbüsə qoşulmaqla "Qarabağ"ın məsuliyyətinin daha da artdığını vurğulayıb:

 

"Bu nüfuzlu təşəbbüsə qoşulmaq bizim üçün təkcə beynəlxalq tanınma deyil, həm də böyük məsuliyyətdir. İdman cəmiyyətləri güclü nüfuz vasitəsidir və biz bu gücü ətraf mühitin qorunması istiqamətində istifadə etməyə hazırıq. Bu təşəbbüsün bir parçası olmaqdan həm sevinc, həm də qürur duyuruq. Klubumuz Qarabağ adını uzun illərdir Avropada layiqincə, böyük məsuliyyətlə daşıyır. Əsas komandamızın qazandığı davamlı nəticələr, klubumuzun gördüyü işlər beynəlxalq qurumların diqqətindədir. Bütün bunlar "Qarabağ"ın dünyada güvən qazanmasına, tanınmasına səbəb olub. BMT-nin təşəbbüsündə də həm ölkəmizi, həm Qarabağ adını layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik".

 

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) "Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb. Dünyanın, xüsusilə Avropanın iqlim dəyişikliyi və dayanıqlılıq sahəsində tanınmış və təcrübəli futbol klubları - "Liverpul", "Tottenhem" (hər ikisi İngiltərə), "Atletiko Madrid", "Real Betis" (hər ikisi İspaniya), "Fənərbaxça", "Qalatasaray" (hər ikisi Türkiyə), "Udineze" (İtaliya), "Porto" (Portuqaliya), "Flamenqo" (Braziliya) və "Malmö" (İsveç) "Qarabağ"ın dəvətini qəbul edərək alyansa qatılmaqla bağlı deklarasiya imzalayıblar. "Qarabağ" Futbol Klubu bu addımı yüksək qiymətləndirən, klubumuzun öhdəliklərinə, göstərdiyi cəhdlərinə müsbət cavab verən və üzvlüyə qəbul edən UNFCCC komandasına dərin təşəkkür edir.

 

COP29 çərçivəsində əməkdaşlıq etdiyimiz və klubumuzun iqlim strategiyasını hazırlayan "Deloitte" şirkəti bu üzvlük prosesində, eləcə də lazımi kommunikasiya və sənədləşmə işlərinin həyata keçirilməsində mühüm rol oynayıb.

 

Qeyd edək ki, klubumuz bu platformaya qoşulmaqla qlobal iqlim fəaliyyətinə idman vasitəsilə töhfə verməyi öhdəsinə götürüb. Öhdəliklər karbon emissiyalarının 2030-cu ilə qədər ən azı 50 faizə qədər azaldılmasını, 2040-cı ilə qədər 0-a endirilməsini, illik iqlim hesabatlarının ictimaiyyətə açıqlanmasını, 12 ay ərzində konkret fəaliyyət planının təqdim edilməsini, iqlim məsələlərinin tərəfdaşlarla açıq şəkildə bölüşülməsini əhatə edir.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:22

Filip Ozobiç "Turan Tovuz"a keçir

Futbol
Bu gün, 10:12

"Neftçi" Kenan Piriçlə razılığa gəldi: Bosniya və Herseqovina millisinin qapıçısı Bakıda

Futbol
Bu gün, 10:00

Mehdi Cənnətov: "Tez və ya gec hər komanda ilə oynayacağıq" - MÜSAHİBƏ

Olimpiada
Bu gün, 09:56

Azərbaycan Universiadada 13-cü Yerə Yüksəldi

Futbol
Bu gün, 09:41

Lionel Messi MLS tərəfindən cəzalandırıldı

Futbol
Bu gün, 09:41

Lamin Yamal "Marca"ya görə 2024/25 mövsümünün ən yaxşı futbolçusu seçilib

Futbol
Bu gün, 09:35

Endrik "Real"dan icarəyə gedə bilər: "Yuventus" maraqlı tərəf kimi

Futbol
Bu gün, 09:31

"Real"ın Klublararası Dünya Çempionatında qazandığı mükafat məbləği açıqlanıb

Voleybol
Bu gün, 09:21

Çimərlik voleybolunda "Azərreyl-1" komandasından qızıl dubl

Futbol
Bu gün, 07:55

Endrik "Real Madrid"dən icarəyə gedə bilər

Futbol
Bu gün, 07:35

Laporta: "Barselona" yayda yeni transferlər gözləmir, baxmayaraq ki, bəzi oyunçular alınıb

Futbol
Bu gün, 04:33

"Əl-Hilal" İsaka həftəlik 600 min funt sterlinq təklif edib

Digər
Bu gün, 04:31

7000 addım demensiya, ürək xəstəlikləri və depressiya riskini azaldır

Futbol
Bu gün, 02:41

Laporta: Superliqa və UEFA danışıqlar aparır

Olimpiada
Bu gün, 02:00

Yunis Hüseynov Avropa Gənclər Yay Olimpiya Festivalında bürünc medal qazanıb

Futbol
Bu gün, 01:40

Orxan Əliyevin Qırğızıstan Premyer Liqasında qollu debütü - VİDEO

Futbol
Bu gün, 01:32

Lukas Paketa mərc oyunları ittihamından bəraət qazanıb

Futbol
Bu gün, 01:23

Duqlas Luis yenidən İngiltərə klublarına keçə bilər

Futbol
Bu gün, 00:47

Səbayıl Bağırov "Səbail"lə müqavilə imzaladı

Futbol
Bu gün, 00:41

Makelele Kaysedonu "Çelsi"dəki varisi adlandırıb

Minifutbol
Bu gün, 00:33

Azərbaycan İdman Akademiyası tələbələr arasında futzal üzrə Avropa çempionu oldu

Olimpiada
Bu gün, 00:14

Azərbaycan paralimpiyaçıları Avropa Gənclər Oyunlarında 4 medal qazandı

Minifutbol
Dünən, 23:46

Azərbaycan İdman Akademiyası futzal üzrə universitetlərarası Avropa çempionu oldu

Futbol
Dünən, 23:39

Amrabat yenidən "Yuventus"da?

Oxşar xəbərlər