"Qarabağ" Serbiya millisinin sabiq futbolçusu Duşan Tadiçlə maraqlanmalarına dair mətbuatda yayılmış xəbərlərə münasibət bildirib.
Bu barədə "Report"a Ağdam klubunun mətbuat katibi Anar Hacıyev açıqlama verib.
O, bu xəbəri təkzib edib:
"Bu, düzgün məlumat deyil. Həqiqəti əks etdirmir".
Qeyd edək ki, Türkiyənin "haberler.com" saytı Niderland mətbuatına istinadən "Qarabağ"ın Duşan Tadiçlə maraqlandığını yazıb.