top
Emin Mahmudov Qurban Qurbanovu geridə qoydu: Millinin bombardirə çevrilmə yolu Report.az
10 sentyabr 2025, 11:49
- ↺ +

Emin Mahmudov Qurban Qurbanovu geridə qoydu: Millinin bombardirə çevrilmə yolu

Futbol üzrə Azərbaycan millisinin bombardiri olan Emin Mahmudov yığmadakı ilk qoluna 2018-ci ildə imza atıb.

"Report"un araşdırmasına görə, hazırda 33 yaşı olan yarımmüdafiəçi həmin vaxt komandanın Riqada Latviyaya qalib gəldiyi (3:1) yoldaşlıq matçında fərqlənib.

Mahmudov millidəki qollarının əksəriyyətini isə 2021-ci ildə vurub. O, həmin vaxt dünya çempionatının seçmə mərhələsində 4 dəfə rəqib qapılarına yol tapıb. Təcrübəli oyunçu Bakıda və Belqradda Serbiyaya uduzduqları (1:2, 1:3) hər iki görüşdə fərqlənməyə müvəffəq olub. Yarımmüdafiəçi səfərdə Lüksemburqa yenildikləri (1:2) dueldə və Dublində İrlandiya ilə bərabərə (1:1) qaldıqları matçda da adını tabloya yazdırıb.

Bundan əlavə, Mahmudov 2021-ci ildə baş tutan yoxlama oyunlarında da qol vurub. Yığmanın hazırkı kapitanı Alanyada Türkiyəyə uduzduqları (1:2) qarşılaşmada fərqlənibsə, Bakıda Qətərlə heç-heçə etdikləri (2:2) görüşdə dulba imza atıb.

Emin Mahmudov 2022-ci ildə isə millidə bir qolla yadda qalıb. O, Kişineuda Moldovaya qalib gəldikləri (2:1) yoldaşlıq matçında adını tabloya yazdırıb.

Futbolçu 2023-cü ildə yığmada 4 dəfə rəqiblərin qapısına yol tapıb. Orta xətt oyunçusu Linzdə Avstriyaya məğlub olduqları (1:4) Avropa çempionatının seçmə mərhələ qarşılaşmasında, Bakıda İordaniyanı üstələdikləri (2:1) yoldaşlıq matçında adını tabloya yazdırıb. E.Mahmudov doğma meydanda İsveçi 3 cavabsız qolla yendikləri seçmə mərhələ görüşündə isə dubl müəllifi olub.

Yarımmüdafiəçi Azərbaycan komandasının sonuncu dəfə qalib gəldiyi görüşü də boş keçməyib. O, 2024-cü ildə Macarıstanın Sombatxey şəhərində Qazaxıstandan üstün olduqları (3:2) yoxlama görüşündə də fərqlənərək yığmada 14-cü qolunu vurub və bu göstəricidə Azərbaycan millisinin keçmiş hücumçusu Qurban Qurbanova çatıb.

Nəhayət, kapitan ötən gün Bakıda Ukrayna ilə bərabərə qaldıqları (1:1) DÇ-2026-nın seçmə mərhələsinin oyununda penaltidən fərqlənərək tarixə düşüb və komandanın bombardiri olub.

Azərbaycan millisinin bombardirləri

1. Emin Mahmudov – 15 qol

2. Qurban Qurbanov – 14

3. Ramil Şeydayev – 10

4. Vaqif Cavadov – 9

5. Dmitri Nazarov - 8

6-8. Rauf Əliyev - 7

Branimir Subaşiç - 7

Elvin Məmmədov - 7

9-10. Zaur Tağızadə - 6

Mahir Emreli – 6

emin mahmudov Bombardir Azərbaycan millisi rekord Futbol
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:27

Cennaro Qattuzo oktyabr ayının İtaliya Seriyası ən yaxşı məşqçisi seçildi

Futbol
Bu gün, 21:26

Manchester Unitedda Carlos Balebanın ciddi zədəsi

Futbol
Bu gün, 20:57

Neftçi-2 Turan Tovuz-2'ı 4:1-dən məğlub etdi

Qarabağ FK
Bu gün, 20:50

Qurban Qurbanov: “Yeni futbolçular artıq özlərinə gəlməyə başlayırlar”

Qarabağ FK
Bu gün, 20:46

Qarabağ baş məşqçisi Qurbanov: Futbolçuların məsuliyyət və matça yanaşmasına razıyam

Futbol
Bu gün, 20:39

Qalatasaray Alexey Batrakovun maaşını 6 milyon avroya çatdıraraq onu komandada saxlamağa hazırlanır

Qarabağ FK
Bu gün, 20:33

Turan Tovuz “Qarabağ”ı məğlub etdi: Liderlərlə mübarizədə uğur qazandı

Digər
Bu gün, 20:30

Azərbaycanın dopinqlə mübarizə təcrübəsi UNESCO proqramında Afrika ölkələrinə təqdim olundu

Futbol
Bu gün, 20:27

Coob Bellinqem ilk dəfə İngiltərə millisinə çağırılıb

Futbol
Bu gün, 20:24

Viktor Osimhen sol diz zədəsi səbəbindən bir müddət Qalatasaray'dan uzaq qalacaq

Futbol
Bu gün, 20:24

İngiltərənin üç nəhəng klubu "Milan"ın müdafiəçisi Koni de Vinter üçün mübarizədədir

Qarabağ FK
Bu gün, 20:15

“Qarabağ” – “Turan Tovuz”: “Azersun Arena”da müddətli qonaqların 0:1 hesablı qələbəsi

Voleybol
Bu gün, 20:11

Qarsda Zəfər Gününə həsr olunan voleybol turnirində İdman Elmləri Fakültəsi qalib oldu

Futbol
Bu gün, 19:58

Türkiyə millisinin Fransa və Belçika ilə oyunlar üçün heyəti açıqlandı

Futbol
Bu gün, 19:52

Bakı Olimpiya Stadionu Borussiya Dortmundun su ilə bağlı iddialarını təkzib edərək əlavə laboratoriya analizlərini açıqladı

Futbol
Bu gün, 19:44

Borussiya Dortmundun su keyfiyyəti iddiaları əsassızdır, Barselona narahat olmamalıdır

Futbol
Bu gün, 19:44

"Real Madrid" qapıçı Ziyon Suzuki üçün rekord cəbhə hazırlayır

Futbol
Bu gün, 19:28

Vikingin forvardı Erik Botheim 4:1 qalibiyyəti haqqında şərh etdi

Futbol
Bu gün, 19:20

Portuqaliyanın ikinci divizion komandası Torreense Avropa Liqasında tarixi qələbə qazandı

Futbol
Bu gün, 19:00

La Liqa 12-ci tur: "Mərakeş"i başqa yerdə çəkin deyərək, "Real Madrid" Valensiya səfərində, liderlik uğrunda isə "Barselona" ilə "Atletiko" mübarizəsində

Digər
Bu gün, 18:44

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında Belarus və Rusiya komandaları birinci yeri tutublar

Voleybol
Bu gün, 18:37

Yusubov: Qızlar Özlərinə İnam Edə Bilməyirlər, Komanda Təcrübə Çatışmazlığı Var

Futbol
Bu gün, 18:29

UEFA "Səbahi"nin "Vikinqə" 4:1 hesabıyla məğlubiyyətini qeyd etti

Futbol
Bu gün, 18:28

Tomas Tuxel: İngiltərə millisinin UEFA Millətlər Liqasındakı bir nömrəli hədəfi birinci yeri tutmaq və Avro-2028-ə hazırlaşmaqdır

Oxşar xəbərlər