PSJ rəhbərliyi futbol tarixində ilk dəfə baş məşqçi Luis Enrike ilə ömürlük müqavilə imzalamağı düşünür.
İdman.Biz bu barədə AS-a istinadən xəbər verir.
Klub 55 yaşlı ispan məşqçini ideal məşqçi hesab edir və onu tarixin ən yaxşı və ən bahalı müqaviləsinə imza atmağa hazırdır. Məşqçinin klubla hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.
Enrike 2023-cü ilin yayında Paris klubuna rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında PSJ iki Fransa çempionluğu, iki Fransa Kuboku və Superkubokunu qazanıb, həmçinin 2024/25 Çempionlar Liqasının və Qitələrarası Kubokun qalibidir.