2014/2015 mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri olmuş Nurlan Novruzov özünə yeni komanda tapıb. Sport24.az xəbər verir ki, 33 yaşlı forvard "Ağstafa Gəncləri" ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, bir mövsüm adıçəkilən klubda oynayacaq.
Novruzov "Bakı", "Sumqayıt", "Zirə", "Səbail", "Xankəndi", "Şəki Siti", "Mingəçevir", "Dersimspor", Dinamo Avto", "Narva Trans", "Lalitpur Siti", "Maçindra" klublarında oynayıb.