top
Premyer Liqa: Arsenal avtoqollar sayəsində Vulverhempton üzərində qələbə qazandı, Fulhem Bernlini məğlub etdi, Çelsi Evertonu üstələdi Idman.biz
14 dekabr 2025, 02:13
- ↺ +

Premyer Liqa: "Arsenal" avtoqollar sayəsində "Vulverhempton" üzərində qələbə qazandı, "Fulhem" "Bernli"ni məğlub etdi, "Çelsi" "Everton"u üstələdi

İngiltərə Premyer Liqasında "Arsenal" və "Vulverhempton" komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, qarşılaşma londonluların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyun Londondakı "Emirates" stadionunda baş tutub.

70-ci dəqiqədə Sem Conston öz qapısına qol vuraraq Mikel Artetanın komandasını irəli çıxarıb. 90-cı dəqiqədə Toluvalase Arokodare hesabı bərabərləşdirib. 90+4-cü dəqiqədə Yerson Moskera öz qapısına qol vuraraq "Arsenal"ın qələbəsini təmin edib.

Bu oyundan sonra "Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlinə 36 xalla başçılıq edir, "Vulverhempton" isə iki xalla sonuncu, 20-ci yerdədir.

00:37

İngiltərə Premyer Liqasının 16-cı turunda "Bernli" "Fulhem"i qəbul edib.

İdman.Biz bildirir ki, "Fulhem" 3:2 hesabı ilə qalib gəlib. Oyun "Turf Moor"da (Bernli) baş tutub.

Emil Smit Rou doqquzuncu dəqiqədə qonaqları irəli çıxarıb, Lesli Ugocukvu isə 21-ci dəqiqədə hesabı bərabərləşdirib. "Fulhem"in ikinci qolunu 31-ci dəqiqədə Kelvin Bassi, üçüncünü isə 58-ci dəqiqədə Harri Uilson vurub. Oliver Sonne 86-cı dəqiqədə fərqi azaldıb.

Bu matçdan sonra "Bernli" İngiltərə Premyer Liqasının turnir cədvəlində 10 xalla 19-cu, "Fulhem" isə 20 xalla 13-cü yerdədir.

21:14

İngiltərə Premyer Liqasının 16-cı turunda "Çelsi" və "Everton" arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, londonlular oyunu 2:0 hesabı ilə qazanıblar. Oyun "Stemford Bric"də (London) baş tutub.

21-ci dəqiqədə Koul Palmer hesabı açıb, 45+1-ci dəqiqədə isə Malo Qusto komandasının üstünlüyünü ikiqat artırıb.

Bu oyundan sonra "Çelsi" İngiltərənin yüksək liqasında 28 xalla dördüncü, "Everton" isə 24 xalla yeddinci yerdədir.

Növbəti turda "göylər" dekabrın 20-də səfərdə "Nyukasl Yunayted"lə qarşılaşacaq, "Everton" isə həmin gün "Arsenal"ı qəbul edəcək.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:48

“Çelsi”də futbolçunun zədəsi barədə məlumat sızması müzakirə edilir

Futbol
Bu gün, 01:25

Leonel Xayme rəqibinə kömək edərək ağladı, komanda yoldaşları və azarkeşlər tərəfindən tənqid edildi

Futbol
Bu gün, 01:04

Roma yıldızının yaralanmasından müsbət xəbər

Futbol
Bu gün, 00:49

Real Madrid və Barselona futbolçuları üçün El-Klasiko xüsusi butslar hazırlanıb

Digər
Bu gün, 00:32

Baku Flames Batumi'de Batumi Sharks'a 13-4 üstünlük qazandı

Futbol
Bu gün, 00:18

Fiorentina müdafiəçisi Dodo-nun gələcək transferi barədə açıqlama

Qarabağ FK
Bu gün, 00:05

Canni İnfantino və Arsenal məşqçisi Arsen Venger ‘Sabah – Qarabağ’ matçı izləyiblər

Futbol
Dünən, 23:52

“Qalatasaray”ın yeni transferləri “Fənərbağça” derbisində debutə hazırlaşır

Qarabağ FK
Dünən, 23:30

"Qarabağ" Sabaha qonaq gələrək çempionu müəyyən edəcək: Həsi Fotolar

Futbol
Dünən, 23:30

Real Madrid TV “El-klasiko” öncəsi La Liqa hakimlərini təəssübkeşliklə ittiham edib

Tennis
Dünən, 23:24

Çində Ninqbo WTA 500-də Yelena Rıbakina Şampiyonluğunu Qoruyub

Güləş
Dünən, 23:05

Eldəniz Əzizli: Beşinci Dünya Çempionu Olarkən Himni Səslənəndə Gözümdən Yağış Çəkdi

Futbol
Dünən, 23:05

Qari Nevill Manchester United-un uğursuz performansına tənqid etdi

Futbol
Dünən, 22:51

Qavi: Mourinyo və Flikin oyun yanaşmalarını bəyəndiyini açıqladı

Qarabağ FK
Dünən, 22:50

Qurban Qurbanov: “Maraqlı oyun, temp sonadək yüksək səviyyədə idi”

Futbol
Dünən, 22:28

Renat Dadaşovun komandası 0-0 ilə başa çatdı

Futbol
Dünən, 22:13

Toral Bayramovun Bursaspor komandası 4:2 qalib gəldi

Futbol
Dünən, 21:59

İmişli, Şamaxını 2:1 hesabına məğlub etdi - Video icmalı

Qarabağ FK
Dünən, 21:59

Kadi Borges: “Sabah” komandası son bir ildə gördüyüm ən yaxşı komandalar arasındadır

Güləş
Dünən, 21:35

Sənan Süleymanov 15 illik gözləntini bitirdi: Azərbaycan olimpiya çəkisində qızıl medal qazanır

Futbol
Dünən, 21:10

Azər Bağırov: "İmişli"yə məğlubiyyətdə penalti qərarı təssüf doğurduq, amma dərin təhlil etməkdən çəkinirik

Qarabağ FK
Dünən, 21:01

Dambrauskas: Çempionluq mübarizəsi ötən mövsümdən daha ağır olacaq

Qarabağ FK
Dünən, 20:59

Dambrauskas: 0:0 nəticəni ədalətli hesab edir, futbolçuları Avropa transferlərinə sevinclidir

Cüdo
Dünən, 20:55

Gənc cüdoçularımız Düşəbədə keçirilən Qran-pri turnirində 5 medal qazandı

Oxşar xəbərlər