top
Peşəkar Futbol Liqasından Misli Premyer Liqası üçün yeni efir qrafikası layihəsi Sport24.az
30 yanvar 2026, 18:59
- ↺ +

Peşəkar Futbol Liqasından Misli Premyer Liqası üçün yeni efir qrafikası layihəsi

Peşəkar Futbol Liqası Misli Premyer Liqası matçlarının tamaşaçılar üçün daha da rəngarəng olmasına hədəflənmiş pilot layihə həyata keçirəcək. Sport24.az xəbər verir ki, beynəlxalq "İnSports" şirkəti ilə sınaq anlaşmasına əsasən yayım zamanı xüsusi qrafikalar tətbiq ediləcək.

 

Layihə iki qarşılaşmanı əhatə edəcək. Nümayiş üçün yanvar ayının 31-də keçiriləcək "Zirə" – "Sabah" və fevralın 1-də baş tutacaq "Qarabağ" – "Turan Tovuz" matçları seçilib. Pilot layihə PFL-in razılığına əsasən Misli Premyer Liqasının rəsmi yayımçısı "CBCSport" ilə əməkdaşlıq çərçivəsində reallaşdırılacaq.

 

Yeni qrafika oyunun əsas taktiki və statistik məqamlarını canlı yayım zamanı vizual şəkildə təqdim etməklə, tamaşaçıların oyunu daha əhatəli, bol məlumatlı izləməsinə imkan yaradacaq. Qrafik elementlər standart vəziyyətlər, topa nəzarət dinamikası, mübarizələrin zonalar üzrə bölgüsü, hücum istiqamətləri və oyunçuların fərdi fəaliyyətləri ilə bağlı əlavə kontekst təqdim edəcək.

 

Pilot layihə çərçivəsində həmçinin oyunçuların statistik kartları, penalti epizodları ilə bağlı məlumatlar və komandaların müdafiə xəttinin fəaliyyətinin dəyərləndirməsi kimi göstəricilər də efirdə əks olunacaq. Bu elementlər oyunun gedişini və taktiki xüsusiyyətlərini daha dolğun izah etməyə xidmət edəcək.

 

"İnSports" beynəlxalq şirkət olduğundan qarşı tərəfin futbolçularımızla bağlı müraciətinə əsasən mövqe adları və bəzi abreviaturların təqdimatı zamanı auditoriyanın genişlik imkanı nəzərə alınaraq ingilis dilindən istifadə olunacaq.

 

Layihənin əsas məqsədi Misli Premyer Liqasının televiziya yayımının keyfiyyətini artırmaq və azarkeşlərə oyunun analitik tərəfini daha vizual və anlaşılan formada təqdim etməkdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:33

Qarabağ və Fənərbaxça oyunu: Canlı yayım kanalları və tarixləri

Digər
Bu gün, 10:32

Sumqayıtda ölkə karate birinciliyi müxtəlif üslublarla yekunlaşır

Futbol
Bu gün, 10:30

FIFA bu mükafatı ləğv edə bilər

Futbol
Bu gün, 10:29

Qəbələ Şamaxıya gələcək: Misli Premyer Liqası XIII turu

Futbol
Bu gün, 10:23

«Fransa təmsilçisi PSJ Xulian Kinyonesi ilə maraqlanır»

Futbol
Bu gün, 10:21

Hansi Flik, "Sabah"ın qolunun ardından nə üçün əsəbiləşdi?

Futbol
Bu gün, 10:17

Real evdə Alaves‑lə 1:2 məğlubiyyət alıb

Futbol
Bu gün, 10:13

Fernando Muslera Qalatasarayda karyerasını başa vurdu

Futbol
Bu gün, 10:11

Mourinyo məğlubiyyəti və Arda haqqında

Futbol
Bu gün, 10:00

Kəpəz klubuna əsas futbolçunun Şamaxı qarşısında oyunu itirəcəyi xəbər

Qarabağ FK
Bu gün, 09:53

Qarabağ – Sumqayıt: 13‑ci turun son oyunu 29 noyabrda Azersun Arena'da

Digər
Bu gün, 09:47

Latsio" dayanmaq bilmir

Futbol
Bu gün, 09:40

Mahir Emreli: «İldəki son ev oyununda istədiyimiz nəticəni əldə edə bilmədik, çətin mövsüm keçiririk»

Futbol
Bu gün, 09:40

Çexiya klubu 22 milyon avro ilə Slaviya hücumçusunu qiymətləndirir

Futbol
Bu gün, 09:30

Keçmiş hakim: Penaltı qərarı ləğv edilərkən ikinci sarı vərəqə doğru qərar verildi

Futbol
Bu gün, 09:30

«Real»ın Alaves qarşısında gözlənilməz məğlubiyyəti – Video icmalı

Qarabağ FK
Bu gün, 09:22

Bugünkü Canlı Yayımda Futbol Matçları – AFİŞA

Futbol
Bu gün, 09:20

"Mançester Yunayted tarixində ilk dəfə belə biabırçılıq yaşandı"

Futbol
Bu gün, 09:17

Noyabrın 29-da Avropa və Türkiyə Futbolu: Günün Ən Gözəl Çoxsaylı Oyunları

Futbol
Bu gün, 09:08

Şamaxı Qəbələ ilə oyunda seriyaya son qoymağa çalışacaq

Qarabağ FK
Bu gün, 09:05

Misli Premyer Liqası: Şamaxı–Qəbələ və Qarabağ–Sumqayıt bu gün oynanacaq

Futbol
Bu gün, 09:01

"Donald Tramp FIFA‑nın Sülh Mükafatının ilk və son laureatı ola bilər"

Qarabağ FK
Bu gün, 09:00

"Qarabağ" – "Sumqayıt"a qarşı

Futbol
Bu gün, 08:40

"Union Berlin" baş məşqçi Mario Lustrinelli ilə yollarını ayırdı

Oxşar xəbərlər