top
Okan Buruk Qalatasarayın transfer planlarını açıqladı: Hansı mövqelərə oyunçu alınacaq? Idman.biz
22 dekabr 2025, 07:45
- ↺ +

Okan Buruk "Qalatasaray"ın transfer planlarını açıqladı: Hansı mövqelərə oyunçu alınacaq?

Türkiy Super Liqasının 17-ci turunda "Qalatasaray" doğma meydanda "Kasımpaşa"nı 3:0 hesabı ilə məğlub edərək liderliyini qoruyub. Qarşılaşmadan sonra İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk həm qələbəni, həm də qarşıdakı transfer planlarını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, Okan Buruk transferlərin qaçılmaz olduğunu bildirib.

Onun sözlərinə görə, komanda bütün mövqelər üzrə hazırlıq aparır:

"Hər bölgə üçün planlarımız var. Yaxşı futbolçularımız olsa da, üzləşdiyimiz zədələr bizi həm fiziki, həm də psixoloji baxımdan çətin vəziyyətə saldı. Heyətə fayda verəcək oyunçular düşünürük. Xüsusilə müdafiənin mərkəzi, yarımmüdafiə və hücum xətti üçün transferlər planlaşdırırıq. Ayrılacaq futbolçular da var. Xarici futbolçu transferi imkanımız mövcuddur. Çempionlar Liqasındakı son iki oyunda yeni transferlərdən istifadə edə bilməyəcəyik, buna görə də hazırkı heyəti qorumaq vacibdir. Klub rəhbərliyi ilə daim əlaqədəyik və komandaya real töhfə verəcək oyunçular cəlb edəcəyik. Proses asan deyil, amma istəkliliyik".

Okan Buruk Qabriel Saranın qolundan və Mauro İkardinin fərqlənməsindən xüsusi məmnunluq duyduğunu qeyd edib. Onun sözlərinə görə, İkardinin həm qol vurması, həm də rekordunu yeniləməsi komanda üçün əlavə motivasiya olub.

Baş məşqçi argentinalı hücumçunun "Qalatasaray" tarixindəki yerini də dəyərləndirib:

"Haci və İkardi çox böyük futbolçulardır. Haci ilə birlikdə oynamışam, İkardi ilə isə baş məşqçi kimi çalışıram. Hər ikisi "Qalatasaray" tarixində iz qoymuş, klubun marka dəyərini yüksəltmiş adlardır. İkardi ağır zədədən sonra geri döndü və bu, asan proses deyil. Yenidən qollar vurur, fərq yaradır və onun komandada olması çox dəyərlidir".

Qeyd edək ki, bu qələbədən sonra Qalatasaray xalını 42-yə çatdıraraq çempionatın ilk yarısını lider kimi başa vurub və ən yaxın rəqibini üç xal qabaqlayır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:00

1 milyon manatlıq büdcəsinə baxmayaraq "Səbail" 6 turdan sonra 4-cü yerdədir və nəzərdə tutulan nəticələri verə bilmir

Digər
Bu gün, 12:48

UFC 333 Əbu-Dabi: İki titul döyüşü və Azərbaycanlı döyüşçü Asəf Çopurovun debütü

Futbol
Bu gün, 12:30

Trabzonspor qapıçısı Andre Onana ailəsi ilə qəzaya düşdü, xəsarət almadı

Basketbol
Bu gün, 12:28

Georgi Kondruseviç “Sabah”la qarşılaşmanı dəyərləndirdi

Futbol
Bu gün, 12:12

Qattuzo Interlə Qələbə Qazandı: İtaliya Milli Komandadan Qurtuldu

Futbol
Bu gün, 12:08

İPL: Manchester City liderliyini qoruyur, Liverpul Braytonu qarşılayır

Futbol
Bu gün, 11:56

Baku'da Tarixdə İlk FIFA U-15 Dünya Çempionatı və Festivalı

Futbol
Bu gün, 11:30

Rafael van der Vaart 'Qızıl top' favoritini Mbappe kimi seçdi

Futbol
Bu gün, 11:12

Barselona, Bavariya və Çelsi "Brayton"un müdafiəçisi Luka Vuşkoviçin transferinə maraqlıdır

Futbol
Bu gün, 11:00

Leqbo: 3-2 qələbəsində oyundan qopmadıq

Digər
Bu gün, 10:48

U-14 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku başlayıb - VİDEO

Digər
Bu gün, 10:30

"Çelsi" və "Arsenal"ın keçmiş futbolçusu iki ilə qədər futboldan uzaqlaşdırıla bilər

Futbol
Bu gün, 10:00

Dileyn Açimi, Gəncəbasarın 12 qolu ilə üç Premier Liqası klubu tərəfindən maraqlanır

Digər
Bu gün, 09:50

Veteran cüdoçularımız Avropa çempionatında daha iki medal qazanıblar - FOTO

Qarabağ FK
Bu gün, 09:47

“Qarabağ” UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq

Digər
Bu gün, 09:40

"Xetafe" Ceydon Sançoya "Mançester Yunayted" də aldğından 25 dəfə az maaş təklif edib

Digər
Bu gün, 09:31

Holand “Real Madrid” və “Barselona”ya xüsusi şərt irəli sürəcək

Digər
Bu gün, 09:25

Futbola baxmaq üçün arvadını zirzəmiyə saldı

Digər
Bu gün, 08:43

“Barselona” ilə adı hallanan Fabreqas gələcəyi ilə bağlı qərarını açıqladı

Digər
Bu gün, 08:40

Məşqdə huşunu itirən Vensan Kompani helikopterlə xəstəxanaya götürüldü

Futbol
Bu gün, 08:20

Şəfa, Kəpəz ilə SOCAR Polymer Arena’da qarşılaşır

Futbol
Bu gün, 08:16

PSJ Kvaratsxeliyanı əvəzləmək üçün Atletico-dan Niko Uilyamsa baxır

Futbol
Bu gün, 08:00

Kriştiano Ronaldu dünyanın ən çox qazanan futbolçusu olub

Futbol
Bu gün, 07:39

Çelsi, 100 milyon avrodan artıq təkliflə Fermin Lopesu Barselona'dan almağa çalışır

Oxşar xəbərlər