top
Neymar bir gündə qırmızı kart və siyasi video ilə gündəmə gəldi Idman.biz
Bu gün, 12:57
- ↺ +

Neymar bir gündə qırmızı kart və siyasi video ilə gündəmə gəldi

Braziliyanın "Santos" futbol komandasının hücumçusu Neymar eyni gündə iki fərqli qalmaqalın mərkəzində yer alıb.

İdman.Biz xəbər verir ki, 34 yaşlı futbolçu ölkə çempionatında qeyri-adi səbəbdən meydandan qovulub, eyni zamanda sosial şəbəkədə paylaşdığı siyasi məzmunlu video ilə müzakirələrə səbəb olub.

Braziliya A Seriyasının 32-ci turunda "Santos" və "Baiya" komandaları 1:1 hesablı heç-heçə ediblər. Lakin qarşılaşmanın əsas müzakirə mövzusu Neymarın qırmızı vərəqə alması olub.

Hadisə matçın fasiləsində baş verib. Braziliyalı hücumçu "Baiya"nın yarımmüdafiəçisi Rodriqo Nestorla mübahisə edərkən ağzını əli ilə örtüb. Rəqib futbolçu bu hərəkətlə bağlı hakimə şikayət edib və Neymar 46-cı dəqiqədə meydandan kənarlaşdırılıb.

Qərar futbolçuların ağızlarını örtərək mümkün təhqirləri gizlətməsinin qarşısını almağa yönəlmiş qayda ilə əlaqələndirilib.

Neymar isə hakim qərarına etiraz edərək Nestorun vəziyyətdən öz xeyrinə istifadə etdiyini bildirib.

"Nestorun mənə qarşı etdiyini çox ciddi hesab edirəm. Çünki bu qayda irqçiliyə qarşı yaradılıb. O isə mənim ağzımı əlimlə örtməyimdən istifadə etdi. Halbuki ona heç nə deməmişdim. Əlbəttə, bir-birimizə söz atırdıq və bu, futbolun bir hissəsidir. Amma onun etdiyi çox ciddi məsələdir", - deyə hücumçu açıqlama verib.

Neymarın adı eyni zamanda Braziliyada siyasi müzakirələrdə də hallanıb.

Futbolçu ölkə Konqresinin deputatı, sabiq prezident Jair Bolsonaronun tərəfdarı kimi tanınan Nikolas Ferreyranın iştirak etdiyi videonu sosial şəbəkədə paylaşıb.

Videoda Ferreyra Neymara 11 üstəgəl 11-in neçə etdiyini soruşur. Cavab olan 22 rəqəmi siyasi məna daşıyır. Belə ki, bu rəqəm Bolsonaronun siyasi qüvvəsinin seçki nömrəsi ilə əlaqələndirilir.

Bu, Neymarın siyasi mövqeyini nümayiş etdirməsi ilə bağlı ilk hadisə deyil. Futbolçu daha əvvəl də Jair Bolsonaronu açıq şəkildə dəstəkləyib. Həmin mövqe Braziliyada birmənalı qarşılanmayıb və bəzi azarkeşlərin tənqidinə səbəb olub.

Qeyd edək ki, "Santos" Neymarın meydandan qovulduğu qarşılaşmada son dəqiqələrdə məğlubiyyətdən xilas olub. "Baiya"nın heyətində Lusiano Juba 39-cu dəqiqədə hesabı açıb. Meydan sahiblərinin bərabərlik qolunu isə 90+3-cü dəqiqədə Qabriel Peres vurub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:00

Markus Babbel: Ballon d’Or dünyadakı ən böyük sirk tamaşasıdır

Futbol
Bu gün, 13:50

U-15 Dünya Kuboku: Azərbaycan millisi Andorraya 1-0 qalib gəldi

Boks
Bu gün, 13:37

Azərbaycanın iki gənc boksçusu Budvada keçirilən dünya çempionatının yarımfinalına çıxır

Boks
Bu gün, 13:28

Daniel Dübua vs Tayson Fyuri döyüşü üçün favori kim?

Futbol
Bu gün, 13:19

Neymar qırmızı kartla meydandan atıldı və bunu irqçilik kimi tanıdı;

Futbol
Bu gün, 13:15

Lineker və Şirer: Fabre Manchester United təklifini geri çəkməli

Futbol
Bu gün, 12:46

Rosio Eskandell: Lamin Yamalın uğuru Rokafonda ilham yaradır

Basketbol
Bu gün, 12:40

ABL 4-cü tur: Neftçi – Gəncə, LANDAU Lions – Sumqayıt

Digər
Bu gün, 12:29

Selcan Babayeva Avropa çempionatında qızıl medalla qalib gəldi

Futbol
Bu gün, 12:13

Mançester Yunayted "Mançester Siti"nin sol cinah müdafiəçisini icarəyə götürmək istəyir

Futbol
Bu gün, 11:51

FIFA U-15 Dünya Çempionatı çərçivəsində Bakıda Kanaki‑Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası

Futbol
Bu gün, 11:15

Xviça Kvaratsxeliya İngilis klublarının təklifini rədd edib PSG-yə qoşuldu

Qarabağ FK
Bu gün, 11:13

6‑0 qalibiyyətdə altı qolun hamısını iki akademiya təmin edib: Ulduz FA‑nın üç qol, Sabah‑ın iki qol və bir dubl

Futbol
Bu gün, 11:02

Karlton Koul İndoneziyada derbiyə tankla getməsinin səbəbini açıqladı

Digər
Bu gün, 10:53

Volkanovski UFC 333-də Evloyevi nokautla məğlub edərək titulunu qorudu

Qarabağ FK
Bu gün, 10:39

“Sabah” və “Qarabağ” qarşılaşmasında Avropa təcribəsi ilə milli fokus: Kim qalib gələcək?

Futbol
Bu gün, 10:30

Neymar: Ən yaxşı dövrüm PSJ-də

Futbol
Bu gün, 10:06

Ən çox evlənən məşhur futbolçuların siyahısı

Futbol
Bu gün, 10:00

Azərbaycan U-15 milli komandası Andorra və Avstraliya ilə dünya çempionatında qarşılaşacaq

Futbol
Bu gün, 09:58

El-Klassico, Liverpul və Bayern: 25-oktyabr Avropa futbolunda əsas mübarizələr

Güləş
Bu gün, 09:35

Eldəniz Əzizli beşinci dünya çempionluğunu alaraq karyerasını tamamlamayı plan edir

Futbol
Bu gün, 09:30

Barselona və Real Madridın El Klasikosu: Spotify Camp Nouda keçiriləcək

Futbol
Bu gün, 09:28

İmişli Şamaxı ilə qarşılaşmadan əvvəl ilk qolunu hədəfləyir

Oxşar xəbərlər