top
Nəriman Axundzadənin yeni klubu Kolumbus Kru: Tarix, nailiyyətlər və heyət Report.az
11 fevral 2026, 11:33
- ↺ +

Nəriman Axundzadənin yeni klubu "Kolumbus Kru": Tarix, nailiyyətlər və heyət

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadəni heyətinə qatan ABŞ-nin "Kolumbus Kru" klubu 1994-cü il iyunun 15-də yaradılıb.

"Report"un məlumatına görə, Ohayo ştatının Kolumbus şəhərinin təmsilçisi 1996-cı ildən MLS çempionatında çıxış edir.

Klub hazırda Haslam ailəsinin və komandanın keçmiş həkimi Pit Edvardsın rəhbərlik etdiyi mülkiyyət qrupu tərəfindən idarə olunur. Haslam/Edvards qrupu ABŞ təmsilçisi tarixində üçüncü mülkiyyət qrupudur.

İsveçdən olan hazırkı baş məşqçi Henrik Raydstrom ötən il dekabrın 31-də bu posta təyinat alıb.

Komanda ev oyunlarını 20 371 azarkeş tutumuna malik "Scotts Miracle-Gro Field" stadionunda keçirir. Klub 1996–1998-ci illərdə isə rəqiblərini Ohayo Ştat Universitetinin ərazisində yerləşən "Ohio Stadium"da qəbul edib. 2023-cü ildə "Kolumbus Kru" həm ümumi mövsümlük tamaşaçı sayı, həm də satılmış bütün biletlərin sayı baxımından klub tarixinin rekordlarını müəyyənləşdirib.

"Kolumbus Kru" tarixində üç dəfə MLS Kubokunun qalibi olub. "Kru", "qara və qızıl" ləqəbi ilə tanınan komanda 2008, 2020 və 2023-cü ildə titula sahib çıxıb.

MLS-in Şərq Konfransında mübarizə aparan komanda 2004, 2008 və 2009-cu illərdə müntəzəm çempionatı birinci pillədə bitirib. Bundan əlavə, komanda 2002-ci ildə ABŞ Açıq Kubokunun, 2024-cü ildə Liqa Kubokunun (MLS və Meksika liqasının təmsilçiləri iştirak edir) qalib olub.

"Kolumbus Kru" tarixi ərzində 6 dəfə CONCACAF Çempionlar Kubokuna (və ya CONCACAF Çempionlar Liqası) vəsiqə qazanıb, 5 dəfə isə bu turnirdə 1/4 finala yüksəlib.

Klub son olaraq 2021-ci ildə loqosunu dəyişib.

MLS təmsilçisinin hazırkı heyətində Qvatemala, Argentina, Fransa, Macarıstan, Fələstin, Uruqvay, Nigeriya, Danimarka, Ukrayna, Əlcəzair, Kabo-Verde, Belarus, Qvineya və Seneqaldan olan futbolçular da çıxış edir. Bu komandada azərbaycanlı futbol azarkeşləri üçün tanış sima da var. 2020/2021 mövsümündə "Səbail"in formasını geyinən qvatemalalı qapıçı Nikolas Hagen hazırda ABŞ klubunun uğurları üçün çalışır.

Bundan əlavə, daha əvvəl "Fənərbağça"da çıxış etmiş Dieqo Rossi də heyətdə yer alır. "Kolumbus Kru"da Nərimanın rəqabət aparacağı oyunçulardan biri olacaq 27 yaşlı uruqvaylı forvard 2025 mövsümündə MLS-də 16 qol, 5 məhsuldar ötürmə, Liqa Kubokunda 2 qolla yadda qalıb.

"Kolumbus Kru" 2025-ci ildə müntəzəm mövsümü 54 xalla yeddinci pillədə başa vurub. Komanda 1/8 finalda "Sinsinnati" ilə dueldən məğlub ayrılıb.

Xatırladaq ki, Nəriman Axundzadənin "Kolumbus Kru" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 22:09

Azərbaycan cüdo komandası Zaqrebdə Grand-Prixdə iştirak edəcək

Futbol
Bu gün, 21:59

İnfantino: Ronaldo'nun milli karyerası sona çatdı – “irsi qollardan daha böyük”

Futbol
Bu gün, 21:56

Kriştiano Ronaldo milli futbol karyerasını başa vurdu: "Bu 23 il üçün təşəkkür edirəm"

Qarabağ FK
Bu gün, 21:52

Bakıda Riçard Almeyda və keçmiş komanda yoldaşı Elvin Cəfərquliyev görüşdü - FOTO

Minifutbol
Bu gün, 21:44

Star Bakı minifutbol çempionatında 5:2 hesabla qalib gəldi

Digər
Bu gün, 21:36

Azərbaycan karateçiləri Batumi yarışına hazırlıq üçün görüş keçirdi

Futbol
Bu gün, 21:28

Real Madriddə oktyabr ayının ən yaxşı futbolçusu namizədləri müəyyənləşdirilib

Voleybol
Bu gün, 21:26

Bakı klubu "DH Volley" CEV Kubokunda Holte'yi 3:0 məğlub etdi

Cüdo
Bu gün, 21:14

Azərbaycan 14 cüdoçunu Zaqrebdəki Qran-Pri turnirində təqdim edəcək

Digər
Bu gün, 21:01

AMADA güləş, taekvondo, qılıncoynatma və üzgüçülük federasiyalarının idmançıları üçün antidopinq seminarı keçirdi

Digər
Bu gün, 20:57

Kastello Lükeb Barçaya transfer olmaq üçün agentini dəyişdi

Cüdo
Bu gün, 20:51

Abşeronda 302 cüdoçu kəmər imtahanında iştirak edib

Futbol
Bu gün, 20:45

Camal Musiala yarımmüdafiəçi beş həftəlik fasilədən sonra “Bavariya”nın ümumi məşqinə qayıtdı

Futbol
Bu gün, 20:08

Kançelskis: Ronaldunun milli komandaya xidmətinin sonu təbii idi və o, 50 yaşına qədər oynaya bilməzdi

Digər
Bu gün, 19:59

Okan Buruk və Ayris Kurteş arasında romantik münasibət iddiaları

Futbol
Bu gün, 19:58

Ayven Touni Manchester United'ə transfer oluna bilər

Futbol
Bu gün, 19:45

Neftçi, Kəpəzlə qarşılaşmaya hazırdır - FOTO

Futbol
Bu gün, 19:41

Cob Bellinghem: Azarkeşlərin dəstəyi ilə Betisə qarşı qalib gəldik

Digər
Bu gün, 19:19

Fərid Qayıbov və Rəşad İsmayılov Bakıda 1300 ağac əkdi - FOTO

Qarabağ FK
Bu gün, 19:12

İlham Zəkiyev: “Hərbi xidmətdə güllə yarasından sonra görmə qabiliyyətimi itirsəm də, həyata və idmana inamımı itirmədim” - VİDEO

Futbol
Bu gün, 19:07

Qalatasarayın Ştutqart üzərindəki qaləbəsi: Oyunçular klubda əyləncə arxasından qaçdı

Futbol
Bu gün, 19:01

Yaponiyalı Kozo Taşima və Ramon Veqa, 2027-ci il FIFA prezidentliyi seçkilərinə İnfantino rəqibi kimi qoşuldu

Futbol
Bu gün, 18:59

Unay Emeri ilə müqavilə uzadılması üçün danışıqlar başladı

Futbol
Bu gün, 18:46

İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı futbolçusu mükafatına 8 namizəd müəyyən oldu

Oxşar xəbərlər