"Neftçi" yeni mövsümün hazırlığını davam etdirir.
İdman.biz xəbər verir ki, bu gün paytaxt klubu Polşadakı təlim-məşq toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcək.
Komandanın rəqibi Yunanıstanın "Asteras" klubu olacaq. Oyun Polşanın Kielce şəhərindəki "Pilkarski" stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Tərəflərin razılığı ilə matç yayımlanmayacaq.
Qeyd edək ki, bundan əvvəl "Neftçi" İsrailin "Hapoel" (1:1) və Polşanın "Termalika" (2:2) klubları ilə bərabərə qalıb. "Ağ-qaralar" sonuncu yoldaşlıq görüşünü avqustun 1-də Kiprin AEL klubu ilə keçirəcək.
İdman.biz