İngiltərənin iki nəhəng klubu hazırda Fransa təmsilçisi PSJ-də çıxış edən İtaliya millisinin qapıçısı Canluici Donnarumma ilə maraqlanır.
"Report" "Lequipe" nəşrinə istinadən xəbər verir ki, bunlar "Mançester Siti" və "Mançester Yunayted" komandalarıdır.
Parislilər qolkiperi azad agent kimi buraxmamaq üçün onu satmağa hazırdır.
Oyunçunun müqaviləsinin müddəti gələn ilin yayında başa çatır.
PSJ yeni qapıçı tapacağı təqdirdə Donnarummanı ilə vidalaşa bilər.
Hətta "Lill"in çərçivə qoruyucusu Lyuka Şevalyenin heyətə cəlb olunacağı gözlənilir.