Naxçıvan Muxtar Respublikasında C kateqoriyalı məşqçi kursları keçiriləcək. Sport24.az Naxçıvan Futbol Federasiyasının (NFF) mətbuat xidmətinə istinadən xəbər verir ki, kurslar bölgədə fəaliyyət göstərən məşqçilər üçün AFFA və NFF-nin birgə təşkilatçılığı ilə baş tutacaq.
4 mərhələdən ibarət olacaq kurs iyul-avqust aylarında təşkil ediləcək. Hər mərhələ 4-5 gün davam edəcək.
I mərhələ iyulun 22-də Naxçıvan şəhər mərkəzi stadionunda keçiriləcək.
Qeyd edək ki, kurslarda iştirak üçün ödəniş məbləği 500 manatdır.