top
Mirça Luçesku Türkiyə oyununa görə əsəbləşərək huşunu itirdiyini açıqlayıb Idman.biz
30 mart 2026, 10:58
- +

Mirça Luçesku Türkiyə oyununa görə əsəbləşərək huşunu itirdiyini açıqlayıb

Rumıniya milli komandasının baş məşqçisi Mirça Luçesku, komandanın məşqi ərəfəsində təcili xəstəxanaya yerləşdirilməsindən sonra vəziyyəti ilə bağlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, 80 yaşlı mütəxəssisTürkiyə millisinə qarşı oyunun təhlili zamanı yaşadığı güclü emosiyalar və əsəb gərginliyi səbəbindən huşunu itirdiyini deyib.

Onun sözlərinə görə, bu zaman nəfəs almaqda çətinlik çəkib.

Luçesku qeyd edib ki, oxşar hal İtaliyanın "Breşia" futbol klubunda çalışdığı dövrdə və ötən ilin sonunda baş verib. O, yaxın günlərdə əlavə tibbi müayinələrdən keçəcəyini bildirib.

Xatırladaq ki, Rumıniya millisi martın 26-da İstanbulda Türkiyəyə 0:1 hesabı ilə məğlub olaraq DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsində mübarizəni dayandırıb. Komanda martın 31-də Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək, lakin Luçesku bu qarşılaşmada iştirak etməyəcək.

Təcrübəli mütəxəssis 2024-cü ilin avqustundan Rumıniya yığmasına rəhbərlik edir. O, karyerası ərzində Inter "Milan", "Qalatasaray", "Beşiktaş", "Donetsk Şaxtyoru" və "Dinamo Kiyev" kimi klublarda da çalışıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 10:48

Tariyel Yusifzadə “Gəncə”yə qayıdıb

Futbol
Bu gün, 10:32

Alvares səhvini etiraf edib: Kluba bağlılığı tam olacaq

Qarabağ FK
Bu gün, 10:20

Azərbaycanın UEFA reytinqindəki əmsalı artıb

Futbol
Bu gün, 10:04

Turan Tovuz və Qəbələ arasında ilk qarşılaşma

Basketbol
Bu gün, 09:53

Azərbaycan U-16 qadın milli basketbol komandası Bosniya və Herseqovina ilə qarşılaşacaq

Voleybol
Bu gün, 09:40

Əhyaxanım Fərzullayeva “Murov Az Terminal”a qayıdır

Qarabağ FK
Bu gün, 09:32

"Tvente" - "Qarabağ" oyunu baş tutacaq

Futbol
Bu gün, 09:00

Misli Premyer Liqasında 2026/27 mövsümü Tovuzda start verilir

Futbol
Bu gün, 08:40

Barselona üç mərkəz müdafiəçisi ilə maraqlanır

Futbol
Bu gün, 08:20

Roma, 21 yaşlı futbolçunun transferi üçün 40 milyon avro ödəyə bilər

Futbol
Bu gün, 08:08

PSJ “Barselona”dan Kubarsini transfer etməyə çalışır

Futbol
Bu gün, 08:00

Pol Poqba MLS və ya Səudiyyə Ərəbistanında karyerasını davam etdirə bilər

Futbol
Bu gün, 07:18

Çelsi, Mançester Yunayted və Tottenhem Nikolo Tresoldi ilə maraqlanır

Futbol
Bu gün, 05:10

Atalanta "Udineze"dən Danimarka millisinin oyunçusunu icarəyə götürüb

Futbol
Bu gün, 04:13

Fiorentina "Parma"nın forvard Mateo Pelleqrinonun transferini açıqlayıb

Futbol
Bu gün, 03:15

Markinyos dünya futbolunda ən çox titul qazanan ikinci oyunçu olub

Futbol
Bu gün, 02:11

Ferran Torres “Barselona”dan PSJ-yə keçir

Futbol
Bu gün, 01:55

Kriştianu Ronaldu evləndikdən sonra saçına rəng qoyub

Boks
Bu gün, 01:37

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Futbol
Bu gün, 01:20

Çelsi Martin Subimendini transfer etməyə maraqlanır

Futbol
Bu gün, 00:46

Ərəb ölkələrinin futbol federasiyaları İnfantinoya dəstək veriblər

Futbol
Bu gün, 00:27

Beşiktaş UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlib

Qarabağ FK
Bu gün, 00:14

Elvin Cəfərquliyev: “3-4 ay asfaltda məşq etmişəm”

Futbol
Dünən, 23:55

"Srvena Zvezda" yeni baş məşqçisi təyin olunub

Oxşar xəbərlər