"Milan" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, "qırmızı qaralar" "Latsio"dan Lorenso Kalvanini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı cinah müdafiəçisi ilə 3+1 illik müqavilə imzalanıb.
Kalvani "Milan"ın gənclər komandasında çıxış edəcək.
İtaliyalı futbolçu ötən mövsüm "Latsio" B-də 34 oyunda 1 qol vurub, 5 məhsuldar ötürmə edib.