"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi ABŞ Peşəkar Futbol Liqası (MLS) tarixində ardıcıl ən azı dörd oyunda iki qol vuran ilk oyunçu olub.
Lent.az xəbər verir ki, bu gün "İnter Mayami" "New England Revolution"a 2:1 hesabı ilə qalib gəlib. Messi 27 və 38-ci dəqiqələrdə fərqlənib.
Argentinalı daha əvvəl "Kleb de Foot Monreal" (4:1 və 4:2) ilə oyunlarda qol+assistent sistemində 2+1, eləcə də "Kolumbus Kru" ilə oyunda (5:1) 2+2 hesabını əldə edib. Ümumilikdə Messi "İnter Mayami"də keçirdiyi son 4 oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.