top
Melbourne derbisinde yağış altında 1-1 nəticə Idman.biz
Bu gün, 17:20
- ↺ +

Melbourne derbisinde yağış altında 1-1 nəticə

Avstraliyada futbol mövsümü getdikcə daha maraqlı xarakter alır. Artıq ölkə çempionatı olan A Liqasının ikinci turunda azarkeşlər mövsümün ən çox gözlənilən qarşılaşmalarından birinə - Melburn derbisinə şahidlik ediblər.

AAMI Park stadionunda "Melburn Viktori" və "Melburn Siti" üz-üzə gəliblər.

Oyunu tribunadan İdman.Biz-in müxbiri də izləyib.

Avstraliyada özünəməxsus azarkeşlik mədəniyyəti mövcuddur. İdman növündən asılı olmayaraq, stadiona getmək burada çox vaxt ailəvi tədbirə çevrilir. Bu dəfə də belə oldu. AAMI Park stadionunun yerləşdiyi Riçmond rayonuna Melburnun müxtəlif guşələrindən futbolsevərlər axışırdılar. Bu da təsadüfi deyildi. Axı şəhərin iki əsas klubunun qarşılaşması Avstraliya futbol mövsümünün ən diqqətçəkən oyunlarından biridir.

Ötən mövsüm "Melburn Viktori"nin liderlərindən biri məşhur ispaniyalı Xuan Mata idi. Dünya və Avropa çempionu olan futbolçu nəinki yarımmüdafiədə komandasının oyununu idarə edir, həm də hücumlarda fəal iştirak edərək məhsuldar çıxışı ilə seçilirdi. Buna görə də yeni mövsüm ərəfəsində azarkeşləri düşündürən əsas suallardan biri komandanın onsuz necə təsir bağışlayacağı idi.

İspaniyalı futbolçu özü də keçmiş klubunu diqqətdən kənarda qoymayıb. Derbi ərəfəsində o, "Viktori"nin məşqlərindən birinə baş çəkərək sabiq komanda yoldaşlarına dəstək olub.

"Melburn Siti" isə heyətini yeniləmək mərhələsindən keçir. Derbi komandanın yeni mövsümə nə dərəcədə hazır olduğunu göstərən ciddi sınaq olmalı idi. Üstəlik, rəqiblərin əvvəlki iki görüşündə qələbə "Viktori"nin tərəfində olmuşdu.

AAMI Parkın qapıları matçın başlanmasına saat yarım qalmış açıldı və tribunalar tədricən dolmağa başladı. Təxminən 30 min tamaşaçı tutumuna malik stadion getdikcə canlanırdı. Azarkeşlər yerlərini tutur, söhbətləşir, şəkillər çəkdirir və şəhərin əsas futbol hadisələrindən birinə hazırlaşırdılar.

Oyunöncəsi proqram da kifayət qədər zəngin idi. Televiziya kameralarının obyektivinə Xuan Mata da düşdü. O, "Melburn Viktori" azarkeşlərini salamladı və qısa müsahibə verdi.

Ardınca isə oyunun özü başladı.

Meydan sahibləri ilk dəqiqələrdən rəqiblərinə nisbətən daha inamlı görünürdülər. Artıq 7-ci dəqiqədə "Melburn Viktori"nin sürətli hücumu Kiqan Yelaçiçin dəqiq zərbəsi ilə nəticələndi – 1:0.

Erkən qol meydan sahiblərinə əlavə inam verdi. "Viktori" oyunun gedişinə daha çox nəzarət edir, təhlükəli vəziyyətlər yaradır və ümumilikdə daha yaxşı təsir bağışlayırdı. Bununla belə, "Melburn Siti" də hücum imkanları tapır və bir neçə dəfə rəqib azarkeşləri həyəcanlandırırdı.

Meydanda qarşılaşma nisbətən sakit tempdə davam edirdi. Tribunalar haqqında isə bunu demək mümkün deyildi. Azarkeşlər komandalarını fəal şəkildə dəstəkləyir, müxtəlif şüarlar səsləndirir, bayraqlar və klub atributları yelləyirdilər.

Bununla yanaşı, stadionda ailəvi və mehriban atmosfer hökm sürürdü. Bəziləri meydandakı hər epizoda böyük həyəcanla reaksiya verir, digərləri isə sadəcə istirahət etmək, pivə içmək və dostları ilə xoş axşam keçirmək üçün gəlmişdilər. Avstraliya idman mədəniyyətinin əsas xüsusiyyətlərindən biri də, yəqin ki, məhz budur: stadion burada təkcə idman rəqabətinin yaşandığı məkan deyil, həm də insanların ünsiyyət qurduğu və asudə vaxt keçirdiyi bir yerdir.

Fasilədən sonra təşəbbüs tədricən "Melburn Siti"nin tərəfinə keçdi. Qonaqlar daha fəal oynamağa başladılar və çox keçmədən hesabı bərabərləşdirdilər – 1:1.

Bundan sonra komandalar qarşılıqlı hücumlar təşkil etsələr də, tərəflərdən heç biri nəzərəçarpacaq üstünlük qazana bilmədi. Oyunun tempi yenə də yüksək deyildi. Final fitinə yaxınlaşdıqca heç-heçənin meydanda baş verənləri kifayət qədər obyektiv əks etdirdiyi daha aydın görünürdü.

Melburn derbisinin ayrıca iştirakçısı isə hava şəraiti idi. Qarşılaşma demək olar ki, bütünlüklə yağış altında keçdi. Yağış arabir qısa müddətə dayansa da, yenidən başlayırdı. Lakin bu, yerli azarkeşlərə ciddi maneə yaratmadı. Havanın temperaturu 20 dərəcəyə yaxın idi ki, bu da futbol axşamı üçün kifayət qədər əlverişli şərait sayılırdı.

Nəticədə rəqiblər meydandan sülhlə ayrıldılar – 1:1.

Amma Melburn derbisi yaddaşlarda təkcə hesabla qalmadı. Rəngarəng tribunalar, ailəvi atmosfer, futbol ənənələri və avstraliyalıların idmana özünəməxsus münasibəti bu axşamı həqiqətən maraqlı etdi.

AAMI Parka futbol həyəcanı yaşamaq və xoş atmosferdən zövq almaq üçün gələnlər çətin ki, məyus olmuş olsunlar. Heç-heçə isə bu qarşılaşmanın kifayət qədər qanunauyğun nəticəsi idi.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 17:59

NTD-nin baş məşqçisi məğlubiyyətin səbəblərini açıqladı

Digər
Bu gün, 17:58

“Neftçi” və “Sabah”ın əvəzedicilərindən məhsuldar heç-heçə

Futbol
Bu gün, 17:55

Vanspor, Azərbaycan millisinin sabiq üzvləri Ozan Can Kökçü və Elvin Yunuszadəni 3-0 məğlub etdi

Qarabağ FK
Bu gün, 17:43

Andrade “Qarabağ”dan Ukraynanın lideri “Polisiya”ya qızaq... (Wait, let's look closer at the text. The text says he moved in summer 2026? That's in the future. It says "Xatırladaq ki, Andrade 2026-cı ilin yayında "Qarabağ"dan "Polissya"ya keçib." This is

Futbol
Bu gün, 17:40

Aston Villa Manchester City'yi Premier Liqa'da 2-1 məğlub etdi

Futbol
Bu gün, 17:37

İnfantino Bakıda U-15 Dünya Çempionatı çərçivəsində istəfası barədə sorğulara cavab verdi

Futbol
Bu gün, 17:28

Fransalı müdafiəçi Jul Könhe “El Klyasiko”da oynaya bilməyəcək

Futbol
Bu gün, 17:27

PSJ-nin keçmiş rəhbərləri Çempionlar Liqasında ucalan üçün Afrika marabutuna müraciət etdi: Qəribə proqnoz və tarixi qələbə

Futbol
Bu gün, 17:10

Kasımpaşa 1-0 qalib gəlir və beşinci yerə yüksəlir

Basketbol
Bu gün, 16:47

Ordu, NTD-ni məğlub edərək Azərbaycan Basketbol Liqası IV turunda qalib gəldi;

Futbol
Bu gün, 16:29

Fransalı klub Qalatasaraylı qapıçıya maraq göstərir

Futbol
Bu gün, 16:28

FIFA, Bakı U-15 Dünya Çempionatı oyunlarını FIFA+ vasitəsilə pulsuz izləmək imkanı təqdim edib

Formula 1
Bu gün, 16:08

Maks Ferstappen: ABŞ Qran-prisinin yarış avtomobili üçün balans yaratmaq çətindir

Qarabağ FK
Bu gün, 16:00

Arif Əsədov: Sabah – Qarabağ matçı çətin olacaq, amma Sabahın üstünlüyü ola bilər

Cüdo
Bu gün, 15:59

Azərbaycanın dörd cüdoçusu Düşənbədə medal üçün final blokunda mübarizə aparacaq

Futbol
Bu gün, 15:48

Bundesliqa 7-ci turun mərkəzi oyunları: "Borussiya" (Dortmund) "Ayntraxt"ı, "Frayburq" isə "Bavariya"nı qəbul edəcək

Futbol
Bu gün, 15:46

Bavariya komandasının baş məşqçisi Vensan Kompani xəstəxanada bir neçə gün qalacaq;

Futbol
Bu gün, 15:30

"Napoli" qış transfer pəncərəsində yeni mərkəz müdafiəçisi və hücumçu edəcək

Qarabağ FK
Bu gün, 15:28

Almaniyada yaşayan azərbaycanlı futbolçu Nihat İsgəndərov: “Milli komandaya qayıtmaq şərəf olar”

Basketbol
Bu gün, 15:20

Sabahı məğlub edən Trabzonspor FIBA Çempionlar Liqasında qrup liderliyini hədəfləyir

Futbol
Bu gün, 15:08

Chelsea və Manchester United Sportinqin vingeri Flavio Qonsalveyi tutmaq üçün mübarizə aparır

Futbol
Bu gün, 15:06

Antonela Rokusuo azyaşlı Messi fanatına kömək etdi

Şahmat
Bu gün, 14:56

Azərbaycan şahmatçıları Monteneqroda keçirilən klublararası Avropa Kubokunda medallar qazanıb

Oxşar xəbərlər