"Mançester Yunayted"in baş məşqçisi Maykl Karriklə hücumçu Mateus Kunya arasında Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda "Komo" ilə keçirilən matçın fasiləsində kəskin mübahisə yaşandığı iddia olunur.
İdman.Biz xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"la bağlı xəbərlər paylaşan Sully adlı X hesabı məlumat yayıb.
Mənbənin iddiasına görə, Karrik Kunyanın oyunundan narazı qalıb və tərəflər paltardəyişmə otağında bir-birinə sərt sözlər deyiblər. Braziliyalı hücumçu fasilədə əvəzlənməsinə qəzəblənib və narazılığını baş məşqçiyə açıq şəkildə göstərib.
Qeyd olunur ki, qarşılaşmanın final fitindən sonra da komandada gərgin atmosfer davam edib.
27 yaşlı Kunya 2025-ci ilin yayından "Mançester Yunayted"də çıxış edir. O, cari mövsüm bütün turnirlər üzrə 11 matçda iki qol vurub və üç məhsuldar ötürmə edib.