top
Mançester Yunayted yeni stadionunun açılış vaxtı ilə bağlı açıqlama verdi Idman.biz
25 mart 2026, 12:02
- ↺ +

"Mançester Yunayted" yeni stadionunun açılış vaxtı ilə bağlı açıqlama verdi

İngiltərənin "Mançester Yunayted" klubu 2025-ci ilin martında 100 min yerlik yeni stadionun planlarını açıqlamışdı. O vaxtdan bəri ictimaiyyətə çox az məlumat verilsə də, iki milyard funt sterlinq (4 milyard 570 milyon AZN) dəyərində olan layihənin icrası pərdəarxasında davam edib.

İdman.Biz xəbər verir ki, "Mançester Yunayted" rəhbərliyi təklif olunan yeni stadionun növbəti altı il ərzində açılacağına ümid edir. Bunu stadionun inkişafı üzrə baş icraçı direktor Kollett Roş bildirib.

Klub rəhbərliyi hesab edir ki, lazımi torpaq sahəsi və maliyyə təmin edildikdən sonra arenanın inşası dörd-beş il çəkəcək. Roş israr edir ki, hədəf hər zaman ən geci 2032-2033-cü illər mövsümündən əvvəl stadionun qapılarını açmaq olub.

"Düşünürəm ki, 12 ay əvvəl yeni arena ideyasını irəli sürərkən tikintinin dörd-beş il çəkəcəyini demişdik və bu, doğrudur. Lakin insanlar bunu elə başa düşdülər ki, stadion 2030-cu ilə hazır olacaq. Bildiyiniz kimi, belə mürəkkəb bir idman qurğusunun inşasına hazırlaşmaq üçün bir-iki il vaxt lazımdır. Torpağı əldə etmək, vəsaiti toplamaq və planlaşdırma icazəsi almaq tələb olunur. Hazırda məhz bu hissə ilə məşğuluq. Buna görə də açılış üçün dəqiq tarix açıqlamamışıq, ancaq müəyyən edilmiş vaxt çərçivəsində irəliləyirik", - deyə Roş qeyd edib.

Yeni arenanın köhnə "Old Trafford"un yerində tikilməsi planlaşdırılsa da, layihə üçün ətrafdakı bəzi ərazilər də tələb olunur. Dəmir yolu yükdaşıma və logistika şirkəti olan "Freightliner" ilə danışıqlar xüsusilə problemli olub. Lakin direktor müsbət danışıqlardan sonra klubun yaxın aylarda bu barədə açıqlama verəcəyinə ümid etdiyini vurğulayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:20

"İbrahim Maza Bayern-in transfer siyahısında yeganə oyunçu deyil"

Futbol
Bu gün, 00:20

Luka Dancelo: Mezzotero çox yetkin futbolçudur

Futbol
Bu gün, 00:10

"Çelsi" Malo Qustonun yanvarda komandanı tərk etməsinə mane olmayacaq

Futbol
Bu gün, 00:00

"Brentford" 89 il sonra "Mançester Yunayted"i Old Trafford-da məğlub etdi

Futbol
Dünən, 23:55

"Bayern" "Hamburq"la 0:0 heç-heçəyə imza atdı

Futbol
Dünən, 23:53

"İnter" Bastoninin qış transferini istəmir – Klub müdafiəçini satmaq amacında deyil

Futbol
Dünən, 23:48

Abdallah Sima 12 ildən sonra Fransa çempionatında bir oyunda beş qol vurdu

Futbol
Dünən, 23:40

Dambrauskas: Azərbaycanda qlobal problemlərdən biri stadionlarda azarkeşlərin çatışmazlığıdır

Futbol
Dünən, 23:40

Karvan‑Yevlaxın çempionluq şansı yüksəkdir

Formula 1
Dünən, 23:33

«Corc Rassell Qətər Qran-prisinin sıralanma turunda birinci oldu»

Qarabağ FK
Dünən, 23:20

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Polissya klubunda ilk mövsümdə 1,1 milyon dollar qazanacaq

Futbol
Dünən, 23:10

Latsio A Seriyasında 13 Oyundan Məğlubedilməz Çıxır, Liderliyi Qoruyur

Qarabağ FK
Dünən, 23:07

"Sabah"ın baş məşqçisi Premyer Liqadakı hakimliyə görə "Çempionlar Liqası" ilə bərabər tutmayacağını bildirib

Futbol
Dünən, 23:00

Abdullah Sima "Anje" qarşısında 38 dəqiqəyə penta-trik edib

Futbol
Dünən, 22:56

Dambrauskas «Sabah»ın «Araz‑Naxçıvan»a qalibiyyətini və stadionlardakı boşluqları şərh edib

Futbol
Dünən, 22:42

Mançester Yunayted antirekord müəyyənləşdirib

Futbol
Dünən, 22:42

Mançester Yunayteddə uğursuz nəticələr klub rəhbərliyinin mövqeyini sarsıdır

Futbol
Dünən, 22:30

"Sabah"ın baş məşqçisi Dambrauskas "Araz-Naxçıvan" məğlubiyyətindən sonra hakimlik qərarlarını tənqid etdi

Digər
Dünən, 22:27

MotoGP Valensiya mərhələsində Markesin motosikleti sprint yarışının startından əvvəl alovlandı

Futbol
Dünən, 22:25

"Bavariya" Bundesliyada "Hamburq"la qolsuz heç-heçə etdi

Futbol
Dünən, 22:20

Rüfət Abdullazadənin komandası 1:0 məğlubiyyətə məruz qaldı

Futbol
Dünən, 22:20

Yarımmüdafiəçi Sabuhi Abdullazadə karyerasını bitirməkdən qurtuldu, Sumqayıtın ikinci komandasında döndü

Futbol
Dünən, 22:18

Abdalla Sima "Anje"də beş qol vuraraq "Lans"ı qələbəyə daşıdı

Cüdo
Dünən, 22:12

"Yeniyetmə cüdoçularımız Yaponiyada üç həftəlik hazırlığı başa vurdu"

Oxşar xəbərlər