İngiltərənin "Mançester Yunayted" futbol komandası şəhər rəqibi "Mançester Siti"nin sol cinah müdafiəçisi Rayan Ait-Nuriyə yenidən maraq göstərir.
İdman.Biz "Africafoot"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 25 yaşlı futbolçunu yanvar transfer pəncərəsində icarəyə götürmək imkanını nəzərdən keçirirlər.
Əlcəzair millisinin üzvü aldığı oyun vaxtından narazıdır və Xosep Qvardiolanın rəhbərlik etdiyi komandadan ayrılmağı istisna etmir.
"Mançester Yunayted" ötən yay da Ait-Nurini transfer etməyə çalışıb. Lakin klublar keçidin şərtləri ilə bağlı razılığa gələ bilməyiblər. İndi isə klub rəhbərliyi icarə müqaviləsi bağlamaq məqsədilə danışıqları bərpa etmək niyyətindədir.
Əlcəzairli müdafiəçi cari mövsümdə bütün turnirlərdə üç oyuna çıxıb və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Ait-Nurinin "Mançester Siti" ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 35 milyon avro qiymətləndirir.