Fransanın "Lion" klubu Liqa 1-in 16-cı turunda doğma meydanda "Havr" üzərində qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, qarşılaşma "Lion"un 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Oyunda vurulan yeganə qol 52-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Pavel Şultsun adına yazılıb.
Bu qələbədən sonra "Lion" xallarının sayını 27-yə çatdıraraq Fransa çempionatının turnir cədvəlində beşinci pilləyə yüksəlib. "Havr" isə 15 xalla 15-ci sırada qərarlaşıb.
Növbəti turda "Lion" səfərdə "Monako"nun qonağı olacaq, "Havr" isə evdə "Anje"ni qəbul edəcək.