top
La Liqa: Elçe səfərdə Ovyedonu məğlub etdi, Real Sosyedad və Rayo Valyekano heç-heçə etdi Idman.biz
26 aprel 2026, 20:41
- ↺ +

La Liqa: "Elçe" səfərdə "Ovyedo"nu məğlub etdi, "Real Sosyedad" və "Rayo Valyekano" heç-heçə etdi

İspaniya La Liqasında "Elçe" futbol komandası səfərdə "Ovyedo"nun qonağı olub. 32-ci turun qarşılaşması qonaqların 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, "Elçe" oyuna sürətli başlayıb və altıncı dəqiqədə Pedro Biqasla hesabı açıb. Cəmi 10 dəqiqə sonra Qonsalo Vilyar del Frayle komandasının ikinci qoluna imza ataraq üstünlüyü ikiqat artırıb. Meydan sahibləri bu qollara yalnız 76-cı dəqiqədə İlyas Şairlə cavab verə bilsələr də, bu, xal qazanmaq üçün kifayət etməyib.

Bu nəticədən sonra "Elçe" xallarının sayını 38-ə çatdıraraq turnir cədvəlində 13-cü pilləyə yüksəlib. Aktivində 28 xalı olan "Ovyedo" isə sonuncu - 20-ci pillədə qərarlaşıb.

18:22

İspaniya La Liqasında "Real Sosyedad" futbol komandası səfərdə "Rayo Valyekano"nun qonağı olub. "Valyekas" stadionunda baş tutan 32-ci turun oyunu 3-3 hesablı heç-heçə ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı 22-ci dəqiqədə Mikel Oyarzabal açıb. Meydan sahibləri 30-cu dəqiqədə Serxio Kamelyo ilə tarazlığı bərpa etsələr də, 63-cü dəqiqədə Orri Oskarsson qonaqları yenidən önə keçirib. 76-cı dəqiqədə Mikel Oyarzabal penaltini dəqiq yerinə yetirərək dublunu rəsmiləşdirib.

Oyunun sonu meydan sahiblərinin geri dönüşü ilə yadda qalıb. 84-cü dəqiqədə Floriyan Lejen fərqi azaldıb, 90+9-cu dəqiqədə isə Aleşandre Juravski bərabərlik qolunu vurub. Matçın 90+12-ci dəqiqəsində İsi Palason qırmızı vərəqə alaraq meydandan qovulub.

Hazırda "Real Sosyedad" 43 xalla səkkizinci, "Rayo Valyekano" isə 39 xalla 11-ci pillədə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 14:20

Pokatilov: "Sabah"ın "Borussiya"ya qarşı debütündə sərgilədiyi futboldan məmnunam, amma səviyyə fərqlidir

Qarabağ FK
Bu gün, 14:16

Velko Simiç: “Çox güclü komandaya qarşı mübarizə apara biləcəyimizi göstərdik” - MÜSAHİBƏ

Futbol
Bu gün, 14:01

Türkiyəli futbol hakimi Ahmet Çakar Azərbaycana girişi qadağan edildi

Tennis
Bu gün, 13:53

Məşhur tennisçi Mariya Şarapova Bakıda INMerge İnnovasiya Sammitində iştirak edəcək

Digər
Bu gün, 13:39

Özbəkistan mətbuatı “Sabah”ın futbolçusuna diqqət ayırdı

Digər
Bu gün, 13:24

PSJ-nin futbolçusu Kvaratsxeliyanın dizində ön çarpaz bağları qopub

Qarabağ FK
Bu gün, 13:24

Abdulax Xaybulaev: “Yaxşı oynayıb qələbə qazana biləcəyimizə inanırdıq” - MÜSAHİBƏ

Cüdo
Bu gün, 13:16

Daşkənddə keçirilən WAKO Dünya Kubokunda Azərbaycan kikboksçuları 38 medal ilə altıncı yeri tutdu

Futbol
Bu gün, 13:09

Araz-Naxçıvanın mərkəz müdafiəçisi İssuf Paro Qəbələ ilə matçda iştirak edə bilməyəcək

Qarabağ FK
Bu gün, 13:00

VIII tur üçün rəmzi komanda: Sabahdan 3, Neftçidən 2, Qarabağdan 1 futbolçu

Futbol
Bu gün, 12:54

Karolina Reyna U-17 dünya çempionatında qələbə qazandı

Futbol
Bu gün, 12:53

Erik ten Hag: Ronaldo komandamızı məyus etdi

Şahmat
Bu gün, 12:52

Şirvan Open 2026 Beynəlxalq Şahmat Festivalı Açıldı

Futbol
Bu gün, 12:50

I Liqa: Binə Stadionunda Şahdağ Qusar – Səbail qarşılaşması

Futbol
Bu gün, 12:40

Qapıçı Gregor Kobel “Sabah” qarşısında matçın taleyini erkən həll edə bilməməkdən təəssüfləndi

Digər
Bu gün, 12:37

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Gürcüstana yola düşüb

Digər
Bu gün, 12:33

“Sabah”la oyunda iki qol vuran futbolçu: “Bu qələbə bizim üçün çox vacib idi”

Digər
Bu gün, 12:32

"Barselona"nın futbolçusu Dani Olmo "Real"la oyunu buraxacaq

Digər
Bu gün, 12:18

NBA 2027-ci ildə Avropada öz liqasını yaratmağa hazırlaşır

Digər
Bu gün, 12:14

Mahir Əmrelinin çıxış etdiyi komandanın yeni baş məşqçisi açıqlanıb

Digər
Bu gün, 12:03

“Borussiya”nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu - ÖZƏL AÇIQLAMA

Futbol
Bu gün, 12:00

Futbolçu iki qol vurdu: "Qələbələr asan deyil"

Digər
Bu gün, 11:48

Azərbaycanda 200-ə yaxın idmançının tarixindən bəhs edən kitab təqdim olunacaq

Digər
Bu gün, 11:46

Mahmud Qurbanov: "Sabah" "Borussiya" ilə bərabər səviyyədə oynadı";

Oxşar xəbərlər