UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda hesab növbəti dəfə dəyişib.
"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesab arasındakı fərqi artırıb - 4:1.
45+2-ci dəqiqədə Pavol Şafranko fərqlənib.
20:44UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda hesab yenidən dəyişib.
"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesab arasındakı fərqi artırıb - 3:1.
44-ci dəqiqədə Coy Lens Mikels het-trik müəllifi olub.
20:42UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda üçüncü qol vurulub.
"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi azaldıblar - 1:2.
"Sabah"ın heyətində 42-ci dəqiqədə Steve Solvet avtoqol müəllifi olub.
20:28UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda hesab dəyişib.
"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesab arasındakı fərqi artırıb - 2:0.
28-ci dəqiqədə Coy Lens Mikels dubl müəllifi olub.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununda hesab açılıb..
"Report" xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesabda irəli çıxıb.
21-ci dəqiqədə Coy Lens Mikels adını tabloya yazdırıb.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyunu start götürüb.
"Report" xəbər verir ki, qarşılaşma Əlincə stadionunda keçirilir.
Görüşü serbiyalı referi Danilo Nikoliç idarə edir. Tərəflər arasında ilk görüşdə Bakı təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
FOTO: Mircavid Eminoğlu