UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Araz-Naxçıvan" - "Aris" (Yunanıstan) oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, "Dalğa Arena" stadionunda keçirilən qarşılaşmada təmsilçimiz hesabı bərabərləşdirib - 1:1.
"Araz-Naxçıvan"ın heyətində 75-ci dəqiqədə Felipe Santos fərqlənib.
21:26UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Araz-Naxçıvan" - "Aris" (Yunanıstan) oyununda hesab açılıb.
"Report"un məlumatına görə, "Dalğa Arena" stadionunda keçirilən qarşılaşmada qonaqlar hesabda irəli çıxıblar.
Rəqibin heyətində 66-cı dəqiqədə Moron Loren adını tabloya yazdırıb.
21:05UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Araz-Naxçıvan" - "Aris" (Yunanıstan) oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, "Dalğa Arena" stadionunda davam edən qarşılaşmada hesab açılmayıb.
Qarşılaşmanı rumıniyalı FIFA referisi Andrey Kivulete idarə edir.
20:47UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Araz-Naxçıvan" - "Aris" (Yunanıstan) oyununda birinci hissə başa çatıb.
"Report"un məlumatına görə, "Dalğa Arena" stadionunda keçirilən qarşılaşmanın ilk yarısında hesab açılmayıb.
Qarşılaşmanı rumıniyalı FIFA referisi Andrey Kivulete idarə edir.
20:00UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Araz-Naxçıvan" - "Aris" (Yunanıstan) oyunu start götürüb.
"Report"un məlumatına görə, matç "Dalğa Arena" stadionunda keçirilir.
Qarşılaşmanı rumıniyalı FIFA referisi Andrey Kivulete idarə edir.
FOTO: Məhəmməd Ağayev